Mayın 25-də İmişli rayonunun mərkəzi bazarında yanğın hadisəsi baş verib. Nəticədə yüzlərlə sahibkara külli miqdarda ziyan dəyib, ticarət mərkəzinin bir hissəsi xarabazara çevrilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, yanğının söndürülməsinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr cəlb olunub.
“Yanğın nəticəsində ümumi sahəsi 20 000 kv.m. olan bazarda, təqribən 2 400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb. Bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub”,-deyə Nazirliyin açıqlamasında qeyd olunur.

Yanğından sonra bazar ərazisinə gedib sahibkarlarla görüşən iqtisadçı İlham Hüseynli bildirib ki, hadisə zamanı 200-dən çox sahibkarın ümumi dəyəri 300-350 min manatatadək olan ticarət obyektləri külə dönüb. Onun sözlərinə gər, ticarət obyektlərinin sahibləri olduqca ağır durumdadır.
İ. Hüseynli onları narahat edən çoxlu sualların olduğunu qeyd edib: "Nədən yayın bu kəskin isti günündə işıqlar səhər saatlarında söndürülür və sahibkarlara iki gün müddətində elektrik enerjisinin olmayacağı xəbərdarlığından sonra, axşam saat 7-də, sahibkarların ticarət obyektlərini bağlayıb evlərinə getdikdən sonra qəfil yandırılır və məlum yanğın hadisəsi baş verir?!
- Əgər həmin gün elektrik enerjisi bərpa ediləckdirsə, nədən sahibkarlara xəbərdarlıq edilməyib?! Axı təhlükəsizlik baxımından bu olduqca zəruri idi.
- Əgər bu yanğın hansısa bir obyektdə təsadüfi bir qısaqapanma nəticəsində baş veribsə, onda nədən yanğın belə ani surətlə bütün obyektlər üzrə, demək olar, eyni zamanda müşahidə edilib?!
- Anidən baş vermiş yanğının qısa zaman kəsiyində bütün obyektləri əhatə etməsi, həm də, elektrik enerjisinin normadan artıq gərginliklə ötürülməsi ehtimalını ortaya qoymuş olur ki, bunun da səbəbi müəmma doğurmamış deyil.
- Yaxud, müasir texniki və texnoloji imkanları ilə öyünən FHN bu yanğının qarşısını almaqda nədən aciz qalmalı idi?!”
İqtisadçı vurğulayıb ki, hadisəni doğuran başqa suallar və versiyalar da olmamış deyil: “İstənilən halda, ağır durumda olan sahibkarlar yanğının baş vermə səbəbləri ilə bağlı dəqiq məlumatı istintaqdan, onlara dəyən ziyanın ödənilməsini isə dövlətdən gözləyirlər”.
Elçin
“AzPolitika.info”

Şərhlər
Belə görünür ki, xalqın əksəriyyəti yaxşı dolanacaq iş-maaş əldə edə bilmədiyi halda belə yuxarı kapitalizmi canavarı quduzlaşır və aşağı gəlirli bazarların məhvinə göstəriş verirlər?
Son illər Bazarlarda yanğın hadisələri tez-tez baş verir, ancaq cinayətkar cəzasız qalır ? Belə ki, üç il bundan əvvəl Şəki Bazarında yanğın baş vermiş, yüzlərlə vətəndaşın əmlakları tələf olmuş, heç kimdə cəza almamışdır. Yanğın məsələləri araşdırılmalıdır və cinayəti törədənlər öz qanuni cəzasını almalıdırlar ? Keçmiş ssri dönəmində nə üçün bazarda yanğın baş verməyirdi ? Çünki Bazarlara məsuliyyət hiss edən təhsilli şəxslər təyin olunurdu və onların işlərinə səlahiyyətli qurumlar nəzarət edirdilər.... Heç bir təhsili , savadı və məsuliyyət hiss etməyən , mollalıqla məşğul olan, əvvəllər gözətçi işləyən Eldəniz Hacıağayev kimilərini Şəki-Bazar ASC-nə müdir təyin etməzdilər, həmçinin onun müavini Eldar.... Baş mühasib vəzifəsinə isə dəmirçiliklə məşğul olan Səmaili təyin etməklə səhmdarların hüquqlarını kobud qaydada tapdalayıblar, söz deməyə adam belə Bazarın işçilərindən tapa bilmirsən....? Qapını bağlayıb içərdə otuturlar, yığılan pulu gözləyirlər ? Onu da qeyd etmək istəyirəm ki, “Şəki-Bazar “ASC- Beynalxalq Bankın sabiq müdiri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadənin adınadır. 20-ildir ki, səhmdarlar İsmayıl Hidayət-zadə ilə görüşmək imkanını əldə edə bilmirlər.. Bütün səlahiyyətli orqanlar Şəki Bazarında yaranmış özbaşnalıqlara, qanunsuzluqlara göz yumurlar ? İldə ən azı 500,0 - 700,0 min manat verrgidən yayınma hallarına yol verirlər, aidiyyatı qurumlarda göz yumurlar ? Azərbaycanımızın iqtisadiyyatının inkişafı naminə Qanunlarımız Bazara tətbiq olunmalıdır ? İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Bu qızıl kəlamı əldə rəhbər tutaraq Şəki Bazarının müdiri Eldəniz Hacıağayevin qanunsuz əməllərinə son qoyulmalıdır !

Bakıda bir obyekti ələ keçirmək üçün yanğın törədən qoçuların olduğunu hamı bilir.Amma İmişlidə də həmin qoçuların yolu ilə gedənlərin olduğunu bilmirdik.