BAŞ HƏKİM VƏ 3 DİREKTOR İŞDƏN ÇIXARILIB - Ciddi nöqsanlara və qanun pozuntularına görə

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb.

TƏBİB-dən verilən məlumata görə, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində Agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.

Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2021-07-05 17:22:22

İşdən çıxmaq onlar üçün ən yüngül cəzadır, onlar həbs olunmalıdırlar !

Ramin Bayramlıya 2021-07-05 12:18:42

Işdən çıxma səbəbi cinayət xarakterli olduğundan bu şəxslər iyə istintaqa cəlb olunmur?Yoxsa ...

Son yazılar