Zərdab Rayonunun Çallı kəndi sakini Zamanov Sovqat Nadir oğlu "AzPolitika.info"-ya şikayət məktubu göndərib. Məktubunda 62 yaşlı rayon sakini üzləşdiyi haqsızlıqlardan bəhs edərək, prezident İlham Əliyevdən kömək istəyir. Həmin məktubu qısa ixtisarla dərc edirik:
"Mənim 62 yaşım var. Bu yaşıma kimi görmədiyim elə bir qanunsuzluqla üzləşmişəm ki, hələ də özümə gələ bilmirəm. qoca, savadsız olmağımdan istifadə ediblər. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Zərdab rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverdi Səfərovun göstərişi ilə halal torpağımda mişar daşından çəkdirdiyim 50 metr uzunluğunda hasarımı qanunsuz olaraq, ekskavatorla vəhşicəsinə söküb yerlə -yeksan ediblər. Səbəb isə onu göstəriblər ki, guya mən həmin torpağı zəbt etmişəm və qanunsuz hasar çəkdirmişəm. Əslində isə həmin torpaq mənə məxsusdur. Bunu təsdiq edən sənəd-sübut da var. Belə k,i həyətyanı torpaq sahəm 2200 kv.metirdir ki, orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirdim. Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov gəlib mənə bildirdi ki, sənin burada çəkdirdiyin hasar zəbt etdiyin torpağın üzərinə düşür.
Mən bundan ötürü rayon rəhbərliyinə müraciət etdim. Dedim qanunu torpağım olduğu üçün rayon rəbərliyi kömək edər. Rayon İcra başçısının müavini savadsızlığımdan istifadə edib, məndən 3000 manat pul istədi. Dedi pulu gətir, hasar yerində qalsın və torpağı da sənə verəcəyik. Mən buna qəti olaraq etraz etdim. Səhəri gün başıma bu oynu gətirdilər, qanunsuz olaraq hasarımı uçurtdular.

Maraqlı bir faktıda qeyd edim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin texniki səhvi üzündən bizə ayrılmış torpaq sahəsini sənəddə 2200 kv.m göstərmək əvəzinə 1922 kv.m göstərmişdir ki, bu barədə Callı bələdiyyəsinin sədirinin cavab məktubu var.Həmin məktubu mətbuata təqdim edirəm. Bu boyda qanunsuzluq, özbaşınalıq olmaz.
Mən mərhum Prezident Heydər Əliyevin imzası ilə 2002-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin, 1-ci müavin Allahverdi Səfərovunun əməlləri barədə Prezident cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm. İnanıram ki, bu özbaşınalığı , qanunsuzluğu şəxsən cənab Prezident araşdırıb qanunu tədbir görəcək, mənə kömək edəcək".
Məktubda göstərilənlərlə bağlı Zərdab rayon İcra Hakimiyyətinin də mövqeyini işıqlandıra bilərik.
Vaqif
AzPolitika.info

Şərhlər