Menu

NATO Zelenskinin alyansa qoşulma tələbini cavablandırdı

08.07.2021, 08:58
NATO Zelenskinin alyansa qoşulma tələbini cavablandırdı

“İslahatlar Ukraynanın alyansa qoşulmasına zəmanət vermir”.

“Report” xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

Onun sözlərində görə, NATO-ya üzv olmaq üçün siyasi qərar verilməlidir: “İslahatlar vacibdir. Təkcə Ukrayna alyansa qoşulmağa hazır olmamalı, həm də hərbi blok genişlənməyə hazır olmalıdır”.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski, ölkənin təhlükədə olduğu üçün dərhal NATO-ya qəbul edilməli olduğunu söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol