Menu

Haiti prezidentinin qətlilə bağlı saxlanılanların sayı artıb

08.07.2021, 20:51
Haiti prezidentinin qətlilə bağlı saxlanılanların sayı artıb

Haiti polisi ölkə prezidenti Jovenel Moizi öldürməkdə şübhəli bilinən daha iki nəfəri saxlayıb. “Report” “Haiti-24”ə istinadən xəbər verir ki, həmin şəxslər ölkə başçısını qətlə yetirən dəstənin üzvləridir.

Ötən gün həmin dəstənin dörd üzvünün zərərsizləşdirildiyi, ikisinin isə saxlanıldığı açıqlanmışdı.

Hökumət sui-qəsdçilərdən bəzilərinin hələ də azadlıqda ola biləcəyini istisna etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol