Menu

Qətlə yetirilən Haiti prezidentinin təhlükəsizlik rəhbərləri dindiriləcək

09.07.2021, 08:54
Qətlə yetirilən Haiti prezidentinin təhlükəsizlik rəhbərləri dindiriləcək

Haiti prezidenti Jovenel Moizinin qətlinə görə, təhlükəsizlik xidmətinin 2 rəhbəri dindiriləcək.

"Report" "AFP" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu paytaxtın prokuroru Bed For Kloda bildirib.

Onun sözlərinə görə, hər iki şəxs 13 və 14 iyul tarixlərində çağırılacaqlar.

Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz çərşənbə axşamı gecəsi yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol