Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.
"Unikal.org"un əldə etdiyi məlumata görə, yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək.
Xatırladaq ki, həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.
Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir.


Şərhlər
Buranı yoxlamağa nə ehtiyac var ki? Bütün qanunsuzluqlar oradan qaynaqlandığından ...İlk öncə maliyyə mənbəi araşdırılmalı,xərclər,məsrəflərlə uyğunsuzluq ortaya çıxarılalıdr.Axı onun məsrəfləri ilə üzvlük haqları uyğun deyil. Gəlir mənbəi isə kriminaldır..b