Menu

Əlcəzairin baş naziri koronavirusa yoluxub

10.07.2021, 22:53
Əlcəzairin baş naziri koronavirusa yoluxub

Əlcəzairin baş naziri Ayman Benabderrəhman yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. "Report" xəbər verir ki, bu barədə "Ən-Nahar" portalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Baş nazirin koronavirus testinin cavabı pozitiv çıxıb.

Ayman Benabderrəhmanın özünü yaxşı hiss etdiyi, özünütəcrid rejimində fəaliyyətini distant qaydada davam etdirdiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol