Menu

“Copa America”nın qalibi bəlli oldu - VİDEO

11.07.2021, 09:55
“Copa America”nın qalibi bəlli oldu - VİDEO

Futbol üzrə Amerika Kubokunda (Copa Amerika) qalib bəlli olub. Bu gün Bakı vaxtı ilə səhər saat 04:00-da Rio-de-Janeyrodakı “Marakana - Mario Filyo” stadionunda start götürən oyunda əzəli rəqiblər Braziliya və Argentina qarşılaşıblar.

Görüş ev sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1. Matçdakı yeganə qola Anxel di Mariya imza atıb.

O, 22-ci dəqiqədə oyundakı tək qolu vurub.

Argentina 15-ci dəfə bu yarışın qalibi olmaqla Uruqvayın rekorduna şərik olub.

Maraqlıdır ki, bu, Argentinanın kapitanı, dünya şöhrətli Lionel Messinin Argentina millisində ilk kuboku olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol