Menu

“Qalatasaray”a Yunanıstanda çirkin davranış

12.07.2021, 22:30
“Qalatasaray”a Yunanıstanda çirkin davranış

“Olimpiakos”la yoxlama oyunu keçirmək üçün bu gün Yunanıstana yollanan "Qalatasaray" xoşagəlməz davranışla üzləşib. 

Qol.az "NTV Spor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisinin koronavirus pandemiyası ilə əlaqədar PCR testləri Afina hava limanında yunanlar tərəfindən qəbul olunmayıb. Onlar bütün komandadan yeni testlər götürmək istəyiblər.

Təxminən 2 saat hava limanında gözlədilən “Qalatasaray” problem həll olunmadığı üçün İstanbula dönməyə qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol