Menu

Rusiyalı diplomatlar Əfqanıstandan təxliyyə olunublar

14.07.2021, 00:24
Rusiyalı diplomatlar Əfqanıstandan təxliyyə olunublar

Rusiyanın Əfqanıstanın Heyraton şəhərindəki Baş konsulluğunun diplomatları Özbəkistan ərazisinə təxliyyə olunublar.

Bu barədə iyulun 12-də Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Yusup Kabuljanova istinadla «TASS» agentliyi xəbər verib.

«Hal-hazırda Rusiya Federasiyasının Məzari-Şərifdəki Baş konsulluğunun diplomatları Özbəkistan əraisinə təxliyyə olunublar» - Kabuljanov dəqiqləşdirib.

Rusiyanın Məzari-Şərifdəki Baş konsulluğu işini iyulun 5-də dayandırıb. Vəziyyətin gərginləşməsi səbəbilə diplomatları müvəqqəti olaraq Heyraton şəhərinə köçürüblər. Rusiyanın Əfqanıstandakı səfirliyi isə Kabildə öz işini davam etdirir.

Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-nin Asiya departamentinin direktoru Zamir Kabulovun qeyd etdiyi kimi, hazırda oradakı diplomatlara heç bir təhlükə yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol