"Beynəlxalq təcrübə göstərir ki, bu bəlaya qarşı effektli mübarizə maarifçilikdən və hüquq-mühafizə orqanlarının peşəkar səviyyədə apardığı mübarizədən asılıdır".
Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son vaxtlar Azərbaycan polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə, istehsalı və satışına qarşı mübarizəni gücləndirməsi haqda danışarkən deyib. O, "moderator.az" saytına bu barədə danışıb.
Deputat qeyd edib ki, narkotik vasitələrin belə kütləvi yayılması hər bir vətəndaşı narahat etməlidir. "Son dövrlər Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi tərəfindən böyük miqdarda narkotik vasitələrin tutulmasını müşahidə edirik. Cinayətkarların həbsi və narkotik vasitələrin dövriyyədən çıxarılması nə qədər müsbət hal olsa da, dövriyyədən çıxarılan narkotikin miqyası hər bir vətəndaşımızı ciddi narahat etməlidir. Ona görə də həm dövlət orqanları, həm də hər birimiz narkotika əleyhinə təbliğatçıya çevrilməli, hüquq-mühafizə orqanları ilə bu istiqamətdə yaxından əməkdaşlıq etməliyik. Narkotikin hansı faciələrə yol açdığını konkret faktlarla, misallarla insanların diqqətinə çatdırmalıyıq.
Rastlaşdığım bir faktı açıqlayım. Prokurorluqda işlədiyim zaman gənc bir qadının itkin düşməsi ilə əlaqədar faktı araşdırarkən avtomobillərin təmiri ilə məşğul olub, çoxlu pul qazanan bacarıqlı gənc bir ustanın necə narkotikaya cəlb edilməsinin şahidi oldum. Həmin şəxs bir müddət sonra həyat yoldaşı olan əmisi qızını da narkotikaya yoluxdurmuşdu. Artıq narkoman olduğundan bütün müştərilərini itirmişdi və bu səbəbdən pul qazana bilmədiyi üçün mehmanxanaların qarşısına gedib, xarici vətəndaşları evinə dəvət edər, onlara 50 dollar qarşılığıında həyat yoldaşı ilə yatmağı təklif edərmiş. Sonra bu minvalla da narkotika üçün pul qazanmağın çətinliyini görüb, həyat yoldaşını fahişəlik etməsi üçün Dubaya göndərmişdi. Narkomanların bundan da ağır cinayətləri və qanlı əməlləri barədə saysız-hesabsız faktlar mövcuddur. Narkotikdən istifadə edən gənclər onları nəyin gözlədiyini bilməlidir. Məktəblərdə artıq 4-5 ci siniflərdən başlayaraq şagirdlərə bu mövzuda bilgi verilməlidir".
"Hazırda daxili işlər naziri ciddi iradə ortaya qoyub, inanıram ki, geniş ictimai dəstəyin olacağı təqdirdə cinayət aləmində müxtəlif titullar daşıyan, cinayətkar dəstələrə başçılıq edən şəxslərə ölkəmizdə yer olmadığı kimi, narkodillerlərə də yer olmayacaq. Narkotika alveri ilə məşğul olanlarla əlbir olan, onlara keçiriləcək əməliyyatlar barədə informasiya ötürən şəxslərin dövlət-hakimiyyət orqanlarında mövcudluğunu araşdırmaq və daha effektli mübarizəyə töhfə vermək üçün bu işə Dövlət Təhlükəsizliyi Xidmətinin də qoşulmasına böyük ehtiyac vardır. Narkotika ilə mübarizə həm də millətin və dövlətin təhlükəsizliyi, onun genefondunun qorunmasıdır", - partiya sədri bildirib.
Q.Həsənquliyevin fikrincə, bu işə Xarici İşlər Nazirliyi də cəlb olunmalı, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilarlarla əməkdaşlıq gücləndirilməli, qonşu dövlətlərlə birgə fəaliyyət barədə razılığa gəlinməlidir. "Yalnız bu halda yüz milyardlarla dolların dövriyyədə olduğu bir sahəyə qarşı mübarizədə ciddi uğurlar qazanmaq mümkündür. Eyni zamanda, kimyəvi tərkibli ağır narkotikaya qaşı mübarizəni gücləndirməklə yanaşı yüngül, ot tərkibli marixuananın leqallaşdırılması barədə də ictimai müzakirələrin açılmasına ehtiyac var. Bir dəfə ABŞ-da səfərdə olarkən Çikaqo Apellyasiya Məhkəməsinin Aparat rəhbəri ilə görüşürdük. Narkotiklərin yayılması barədə söhbət edərkən o dedi ki, bir gün süfrə arxasında oğullarından soruşub ki, kim onun üçün bir kilo narkotik maddə ala bilər. Oğullarının hamısı bir ağızdan deyib ki, bunu edə bilərlər. Sadəcə zaman fərqi olub, kimisi yarım saata, kimisi bir saata bunu edə biləcəyini söyləyib. Yeri gəlmişkən deyim ki, ABŞ dünyada ən güclü hüquq-mühafizə orqanları sisteminə malik olan ölkədir. Ona görə də o yüngül uyuşdurucu tərkibli otların (marixuananın) xüsusi nəzarət altında satılmasının tərəfdarı olduğunu söyləyirdi. Həm də bu yolla istifadəçi şəxslərin qeydiyyata götürülə biləcəyini vurğulayırdı".
"AzPolitika"

Şərhlər
Hormetli azpolitika.info , bu ........... " deputat ' uchun , DAY - DAY olmusunuz , niye , bu ......... " deptuat " barede, yazilmish tenqidi sherhi derc etmirsiniz ??????????
Qüdrət Həsənquliyev , sen deyirsen : "Marixuananın leqallaşdırılmasını müzakirə edək" . ..........."deputat " , NIYE , KASIB AILELERE USHAQ PULLARININ VERILMESINI TELEB ETMIRSEN hokumetden ???????? NIYE , KASIB AILELERIN SOSIAL - IQTISADI PROBLEMLERININ HELL OLUNMASINI TELEB ETMIRSEN nazir Sahil Babayevden ?????? Atalar Misali DUZGUN DEYILIB : " TOXUN ACDAN XEBERI OLMAZ . " .........." deputat " , sen, ara bir , menasiz ifadeler ile cemiyyete qarshi ............teklifler verirsen , sene AYIB DEYILMI ???????? NE VAXT , KASIB EHALININ XEYRINE , FAYDALI BIR ISH GORECEKSEN ???????? Hormetli azpolitika.info , xahish olunur ki, DERC EDIN BU SHERHI , chunki , bu .........."deputat " BEZDIRIB Azerbaycan XALQINI .
Tamami ile duz fikirdi,tebii narkotikler cox agir hestelikleri sagaldir.
Əslidə narkotikadan istifadənin aradan qaldırılması üçün uzunmüddətli proqram hazırlanmalıdır. İnsanlar nə üçün meyl edirlər sualını nəzərdən keçirməliyik. adətən bu psixoloji problemlərdən qaynaqlanır. Psixoloji cəhətdən möhkəm insanların narktika alüdəçisi olmaq imkanı yoxdur. Erkən Uşaqlıq dövrünə, ailələrin sağlam inkişafına investisiya qoymaq lazımdır. Uşağını sağlam böyütməyə imkan verəcək qədər Uşaq pulu verilməlidir ki, gələcəkdə narkomaniyaya meyllənəcək problemlər yaranmasın. Bu sizin mənasız və effekti az olan Amerka modelinizə alternativ Avropa modelidir, cənab Deputat
Narkotikailə məşğul olanlar haramlığla pul qazanan insanların ya özləri yadaki övladları olur,tək-tük olurki bunlara zəhmətilə qazanan uşağlarda qoşulur,amma maliyə cəhətdən bu çox çəkmir,ölkəmizdə haram qazanılan əsas mənbə novostrokalardan yığılan analoqu olmayan komunal pullardır,bildiyiniz kimi yığılan puların nəzarəti olmadığına görə,həmin yığılan pullardan cüzi vergi ödənilir budakı qanunsus ödənilir,misal üçün 15000 min yığılan pulu gizədib güya 3-4 min yığılıb və həmin məbləğində 4%-ni vergi ödəyirlər,qalan 12000 min manatlada kef edirlər,bax bütün ölkə üzrə bucürdür,icralarda və digər qurumlarda bu usuldan yararlanırlar.