HAKİMLƏRİN BƏRAƏT DÜŞMƏNÇİLİYİ... - Prezidentin 4 il əvvəl verdiyi sərəncam niyə icra olunmur?

Avropa Şurasının 2021-ci ilin aprelin 9-da açıqladığı illik hesabata görə, Azərbaycan Avropada ən çox məhbus olan ölkələrdən biridir. Hesabatdan aydın olur ki, indi Azərbaycanda toplam 21 min 12 məhbus cəzasını çəkir. Ölkədə əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşür. Bir il öncə həmin göstərici 218.2 idi. Bu göstəriciyə görə, hesabatın Avropa məkanında əhatə etdiyi 50-yə yaxın ölkə arasında Azərbaycan ən yüksək 5-ci nəticəyə malikdir.

Azərbaycanda həbs həyatı yaşayanlardan 474 nəfəri, yəni, bütövlükdə məhbusların 2,3 faizi xarici ölkə vətəndaşlarıdır. Ölkə həbsxanalarında olan qadınların sayı 570 nəfərdir - bütün məhbusların 2.7 faizini qadınlar təşkil edir.

Hesabata görə, Azərbaycanda həbsxanalarda olan 21 min 12 məhbusun 17 min 763-ü (84 faizi) haqqında artıq məhkəmə hökmü verilib. Həmin məhkumların 1894 nəfəri (11 faizi) 1-3 il arası, 8 min 342 nəfəri (47 faizi) 3 ildən 5 ilədək, 4 min 788 nəfəri (27 faizi) 5 ildən 10 ilədək, 2 min 335 nəfəri (13 faizi) 10 ildən 20 ilədək, 284 nəfər isə (2 faizi) ömürlük həbs cəzasına məhkum edilib.

Azərbaycanda məhbuslar ən çox narkotiklə bağlı cinayət törədirlər. Ölkədə 17 min 763 məhbusdan 5 min 108 nəfəri, yəni bütün məhbusların 29 faizi məhz narkotik cinayətlərində təqsirli bilinib.

Azərbaycanda məhkumlarının sayının çox olmasının əasas səbəblərindən biri məhkəmlərin əksər hallarda saxlanılan şübhəli şəxslər haqqında həbs-qətimkan tədbiri seçməsi, sonrakı proseslərdə onun həbsxanada cəza çəkməsi barədə qərarlar verilməisidir. Azərbaycanın məhkəmə-hüquq sistemində bəraət nadir hadisə sayılır və bir çox hallarda onu ilkin məhkəmə instansiyasında əldə etmiş vəkillər sonrakı mərhələdə qoruyub saxlaya bilmirlər. Çünki dövlət ittihamını müdafiə edən prokurorluq orqanları dərhal bəraət qərarından apellyasiya prostesti verirlər. Bu instansiyada prokurorluğun tələbinə uyğun olaraq, bəraət qərarları ləğv edilir.

Apellyasiya instansiyasının əksər hakimləri də aşağı instansiyada verilmiş bəraət qərarlarına "düşmən münasibəti" ilə fərqlənirlər. Yəni, təqsirsizliyi birinci instansiyada sübut olunnmuş vətəndaşın sevinci çox çəkmir, yüksək instansiyada onu ləğv edib haqqında cəza qərarları çıxarırlar. Bununla bağlı məhkəmə praktikasında saysız-hesabsız nümunələr mövcuddur.

Bu cür mənfi hallar, habelə barəsində mülki və cinayət xarakterili iddialar qladırılmış, az ağır cinayət törədən vətəndaşlar haqqında ağır cəzaların verilməsi cəmiyyətdə narazılıq doğurur. Bu məsələ bir neçə dəfə parlamentin iclasında da müzakirə olunub, deputatlar hakimləri, ictimai thlükəli olmayan, xırda cinayətlərlə bağlı həbs qərarlarını daha yüngül cəzalarla əvəz etməyi təklif ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalamışdı. Sərəncama əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına effektiv nəzarət etmək, bu sahədə idarəetmənin səmərəliliyini artırmaq üçün Ədliyyə Nazirliyinin tərkibində Probasiya xidməti yaradıldı. Cəzaların icrasına nəzarət məqsədiylə elektron nəzarət vasitələrinin (qolbaq) tətbiqi haqda tapşırıq verildi.

Baş Prokurorluğa da tövsiyə olundu ki, həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən öncə digər qətimkan tədbirlərinin mümkünlüyü araşdırılsın. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə istintaq dövrü üçün həbs-qətimkan tədbiri müstəsna hallarda, çox ciddi əsaslar olanda seçilsin.

Prezidentin bu sərəncamından bir müddət sonra Cinayət Məcəlləsinə 300-ə qədər dəyişiklik edildi. Həm cəza müddətləriylə bağlı maddələrə (vurulmuş ziyanın məbləğindən asılı olaraq) dəyişiklik oldu, həm də “azadlığın məhdudlaşdırılması” alternativ cəza növlərindən biri kimi qanunvericiliyə daxil edildi.

Prezidentin sərəncamından dörd il keçib. Amma ciddi, nəzərəçarpan fərq hiss olunmur. Dövlət Statistika Komitəsinin məlumatında ötən illə bağlı məlumatdan görünür ki, məhkum edilən 14 mindən çox şəxsin yarıdan çoxu barədə azadlıqdan məhrum etmə qərarları verilib.

Bundan başqa, Prezident prokurorluğa həbs yox, başqa qətimkan tədbiri növlərindən istifadəni tövsiyə etsə də, praktikada bunun əksi baş verir. Dəyişiklikdən sonra azadlığın məhdudlaşdırılması cəzası bir çox maddələrə daxil edilsə də, praktikada belə hallara, demək olar, rast gəlinmir.

Vəkil Bəhruz Bayramov "AzPolitika.info"-ya şərhində bildirib ki, vəziyyət əvvəlki illərdən fərqlənmir: "Birinci instansiya məhkəmələrində bəraət almaq demək olar ki, mümkün deyil. Sübutlar olmasa belə, hüquq - mühafizə orqanları tərəfindən həbs olunan şəxsləri azadlığa buraxmağa heç bir hakimin cürəti çatmır. İstisna halda buna nail olan vəkili qarşıda daha çətin proses gözləyir. Çünki adətən bəraət qərarlarından prokurorluq dərhal protest verir. Apellyasiya instansiyasında protest təmin edilir və aşağı instansiyanın bəraət qərarı ləğv edilir. Yaxud elə Apellyasiya və Ali Məhkəmədə otruran bir çox hakimlər bəraət qərarlarına obrazılı desək "yaxşı baxmırlar". Bir bəhanə, əsas tapıb onu ləğv etməyə çalışırlar. Mənim vəkillik təcrübəmdə dəfələrlə belə halar baş verib".

B. Bayramov qeyd edir ki, Prezidentin 2017-ci ildə imzaladığı cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqinin genişləndirilməsi barədə sərəncamı demək olar ki icrasız qalıb: "Saxlanılan şəxslərin demək olar ki, hamısı barəsində həbs-qətimkan tədbiri seçilir və bu qərar maksimum həddə uzadılır. Bu da insan hüquqlarının ciddi şəkildə pozulmasıdır. Hesab edirəm ki, Prezidentin sərəncamı yerinə yetirilməli, ictimai təhlükəli olmayan, xırda cinayətlərlə bağlı məhkumetmə qərarları tətbiq olunmamalıdır. Bu gün Azərbaycan ən çox məhbusu olan ölkələrdən biridir. Bu da Penitensiar Xidmətin onların saxlanması, reabiltasiyası və s. vəzifələrini icra etməyə maneələr törədir. Sözün açığı bu sistem də də kifayət qədər problemlər var, biz cəzaya məhkum edilmiş məhkumların islahından daha çox, başqa neqativ hadisələrin şahidi oluruq".

Qeyd edək ki, bu məsələ deputat Qüdrət Həsənquliyev tərəfindən də parlamentdə qaldırılıb. Millət vəkili hesab edir ki, Azərbaycanda hakimlər daha təşəbbüskar olmalı, qanunvericiliyin təkmilləşməsinə töhfə verməlidirlər.

Deputat bildirib ki, bir sıra hallarda istintaqda təqsirləndirilən şəxslər vəkilin iştirakı olmadan dindirilir: “Bu məsələ nəhayət həllini tapmalıdır. Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Dövlət əleyhinə, o cümlədən şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törədənlər, residivistlər, hansısa cinayətkar qrupun üzvləri ilə bağlı məsələlərdə, əlbəttə, həbs qətimkan tədbiri seçilə bilər. Amma digər hallarda həbs qətimkan tədbiri seçilməməlidir. Qanunvericilikdə dəyişikliklər eləməliyik və girov müqabilində onlar azadlığa buraxılmalıdır ki, öz müdafiələrini təşkil edə bilsinlər. Onlardan yaxşı öz müdafiələrini təşkil edə biləcək şəxs yoxdur”.

E. Rüstəmli

"AzPolitika.info"


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Vətəndaş 2021-07-19 19:28:39

Rüşvət verilməsə günahsıza iş verən məhkəmələtr Azərbaycandadır.Görsən bu rüşvət yığılıb sonra kimlərə çatır.Məlumdur ki. hakim bunu tək yeyə bilməz! Burada nəzarət sistemi gözəl işləyir

Abduləziz 2021-07-18 22:07:42

Nirmal ölkələrdə bir şəxs neçə il bir vəzifədə, bir kresloda otura biməsi mümkündür? Amma bizdə Ali Məhkəmə sədfri,Ədliyyə nazirinin vəzifədə olması neçə ildir? Azərbaycanda kadr qıtlığıdır?Mühəndisi,35 yaşdan sonra işə götürməyən,60 yaşdan işdən azad edilən məmləkətdə bunun adı nədir?:.

t.ədalət 2021-07-18 09:58:20

Polis,prokurorluq və məhkəmə orqanlarınba daxil olan cinayət işlərinin məlumatları DTX nəzarətinə götürülməsə alver baş alıb gedəcək.Pulsuzluq ucbatından günahı olmayanlar belə bəraət ala bilmirlər.Odur ki,hökumət hüquq-mühafizə orqanlarının fəaliyyəti üzərində DTX nəzarəti yaratmalıdır.Cinayətin başlanğıcdan sonuna qədər hansı səbəbdən dəyişdirilməsi izlənməlidirRayon prokurorları bəzən ala bilmədsikləri100 dollardan ötrü günahsızın həbsinə səbəb olurlar..

Niyaməddin 2021-07-17 21:28:34

Hakimlərin hakimi də qiyamət günü onlara bəraət verməyəcək, birbaşa cəhənnəmə göndərəcək! 5-ci kalonun tör-töküntüləri hələ də boy göstərirlər...

Cabbar 2021-07-17 21:16:52

Bir nazirlikdə bir şəxsin 20-30 il nazir saxlanılırsa orada hansı yenilikdən inkişafdan (korrupsiyadan başqa ) danışmaq olar? Ali məhkəmə də oun kimi!inkişafdand

Adil 2021-07-17 18:33:58

Hakimlerin coxsu haramciliqnan meshquldular

RT 2021-07-17 16:21:40

Mehkemeler zakaza ishleyirler ))) bunu hami bilir, Rûshvetsiz yashaya bilmirler !

Resulov 2021-07-17 13:42:50

Butada suali basqa cur qoymaq laximdit: Noiye Prezident frrmanlarinin icra mexanizmi islemir?

Son yazılar