Menu

"Qarabağ Partizanları"nın rəhbəri olmuş Rövşən Bədəlov Kobanidə öldürüldü

23.10.2014, 08:53
"Qarabağ Partizanları"nın rəhbəri olmuş Rövşən Bədəlov Kobanidə öldürüldü

Koalisiya güclərinin Kobanide həyata keçirdiyi bombardıman nəticəsində İŞİD-in əslən azərbaycanlı, Qafqaz üzrə komandiri Rövşən Bədəlov öldürülüb.

Avropa.info xəbər verir ki, tabeçiliyindəki 25 nəfərlə birlikdə həyatını itirən Xalid Azəri ləqəbli Rövşən Bədəlov əslən Tərtər rayonundandır.

Onun 90-cı illərdə Azərbaycanda Milli Azadlıq Hərəkatında iştirak etdiyi, 2001-ci ildə isə çeçen mücahidlərinə qoşularaq Pankisi dərəsində ruslara qarşı vuruşduğu bildirilir.

2002-ci ildə Pankisidə yaratdığı "Qarabağ Partizanları" adlı qrupla Azərbaycana keçərək ermənilərlə vuruşmaq istəmiş, lakin həbs olunaraq, 10 il həbsdə olub.

2013-cü ildə həbsdən çıxan Bədəlov bir ay Azərbaycanda qaldıqdan sonra Suriyaya keçərək aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət olan "Tabu" adlı bir qrup yaradıb. Daha sonra öz qrupu ilə birlikdə IŞİD-in tərəfinə keçib.

Rövşən Bədəlovun 50 yaşı var idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol