Menu

Aİ Şurasının Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

17.07.2021, 21:15
Aİ Şurasının Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər

" işgüzar səfər " ?????? 2021-07-17 22:58:26

............bunun , ne azari var Bakida , qara ikra yemeye ve cib xercliyi almaq uchun , pul qoparmaqa gelib ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol