Azərbaycanda daha bir yeniyetmə özündən böyük kişiyə ərə verilir - İDDİA

Astara rayonunda 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

"Report" xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

O bildirib ki, nişan bu gün saat 14:00-da Astara rayonunun Rüdəkənar kəndində baş tutacaq: “Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonunun Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur. Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.

635x100

Şərhlər

Xalx 2021-07-21 15:11:18

Nərmin Oktay qızı Şirəliyeva (9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub), özündən 29 yaş böyük Qinzburqa (1945-ci il təvəllüd) gedəndə olurdu... İndi nə oldu?..

Son yazılar