MEHDİYEVƏ QALİB GƏLİB, MƏMMƏDOVU İŞDƏN ÇIXARDI - "Akademikliyi başına dəysin"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutuna professor Əlövsət Quliyev yenidən baş direktor seçilib.

Ə.Quliyev ötən il AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış və bu ilin mart ayında məhkəmənin hökmü ilə yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı işinə bərpa olunmuşdu. 

Ötən ayın sonlarında AMEA prezidenti Ramiz Mehdiyevin iştirakı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna baş direktor vəzifəsinə seçkilər keçirilib. Səs çoxluğu ilə Ə.Quliyev 5 il müddətinə İnstitutun baş direktoru vəzifəsinə seçilib.

Ə.Quliyev məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. 

Bildirib ki, ötən ay yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru olduqdan sonra onun vəzifəsinə icra etmiş akademik Qərib Məmmədovu rəhbəri olduğu qurumdan uzaqlaşdırıb: "Qərib müəllim "Oksford Universiteti"nə getdi. Təbii ki, bu zarafatdı. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə gəldikdən sonra məni institutdan çıxardı. Mən də baş direktor seçilən kimi, Qərib Məmmədovu institutdan çıxardım. Q.Məmmədovun akademikliyi başına dəysin".

635x100

Şərhlər

Alim 2021-07-22 23:26:00

Qəribin əmlakını əlindən alıb, həbs etmək lazımdır! Bütün alverçi, dələduz və rüşvətxorlar 1992-cü ildən başlayaraq Akademiyada akademik olublar. Fatmanın akademiklərini Akademiyadan qovmaq lazımdır!

Aborigen 2021-07-22 12:36:12

"""Qərib müəllim "Oksford Universiteti"nə getdi. Təbii ki, bu zarafatdı." Bu adam reallıq hissini itirib!

Alim Bilməzov 2021-07-22 12:32:03

Ölkəmizin hava-suyundan, gündəlik çörək-qazancına qədər, hələ də alınmamış Qarabağ hüquqlarına qədər milyon müzakirə məsələlərini qoyub bir R.M.afişa edirsiniz? Axı, bu şəxsi AMEA PREZİDENTliyinə layiq biliblər?

Tahir 2021-07-21 22:48:02

R.Mehdiyev AEA prezident seçiləndən elm məbədimiz sayılmalı olan akademiya ancaq kadr və struktur dəyişikliyi, intriqalara gündəmə gəlir.Elm adlı heç nə ortada yoxdur və çox güman ki bu elə Ramiz ölənə kimi bu rəzil vəziyyət belə də davam edəcək.

Senan 2021-07-21 21:34:18

Bu gūnkū elmlər akademiyasının akademiyalıgı başına dəysin

Son yazılar