VİLAYƏT QULİYEV SƏFİR VƏZİFƏSİNDƏN GERİ ÇAĞIRILDI - Yerinə təyinat oldu

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Onun yerinə artıq təyinat da olub. 

Belə ki, Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 Tahir Tofiq oğlu Tağızadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar