Rusiya və Tacikistan müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Rusiya müdafiə naziri Sergey Şoyqu və Tacikistan müdafiə naziri Şirəli Mirzo arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya və Tacikistan müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

"Danışıqlar zamanı tərəflər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyəti və Əfqanıstan İslam Respublikasında vəziyyətin gərginləşməsindən meydana gələn təhdidlərin təsirsiz hala gətirilməsi üçün birgə tədbirləri müzakirə ediblər", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar