Levandovski Almaniyanın ən yaxşı oyunçusu seçildi

"Bavariya"nın futbolçusu Robert Levandovski Almaniyada 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Qol.az "Kicker"ə istinadla xəbər verir ki, ən yaxşı oyunçu Almaniya İdman Jurnalistləri Birliyinin nümayəndələri tərəfindən müəyyənləşdirilib. Levandovski 563 səsdən 356-sını toplayıb. Səsvermədə ikinci yeri Münhen klubunun digər hücumçusu Tomas Müller (41), üçüncü yeri "Borussiya"nın (Dortmund) forvardı Erlinq Haaland (38) tutub.

Beləliklə, polşalı futbolçu ardıcıl ikinci dəfə Almaniyada ilin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Levandovski ötən mövsüm 40 oyuna çıxıb, 48 qol vurub və 9 qolun ötürməsini verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar