YA ŞEYX, GETMƏK VAXTIDIR! - Ya sakit otur nəzirini yığ, ya da...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin “Ayətullah Xameneinin fətvası bizi qələbəyə çatdırdı” fikri ətrafında müzakirələr davam edərkən Şeyx yeni açıqlamalar verərək qaş düzəltmək əvəzinə göz çıxarıb. O, bir daha Türkiyə və İranı eyni eyni tərəziyə qoyub.

Paşazadə hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri M.Mücahit Küçükyılmazın “Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş. Amma Xameneinin fətvası Xameneinin silahına qalib gəlib” fikrinə “gununsesi.info” saytı ilə cavab verərək Küçükyılmazı məhkəməylə hədələyib...

Şeyx ya doğrudan da Türkiyə-Azərbaycan münasibətlərinin hansı səviyyədə olmasından xəbərsizdir, ya da içindəki qərəzi qətiyyən boğa bilmir.

İkinci variant daha ağlabatandır. Çünki qardaş qardaşı məhkəməyə verməz!

Ümumiyyətlə hər şey QMİ sədrinin Şuşaya səfəri zamanı özüylə birgə İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatı aparması və Şuşada Ocaqnejatın Şuşada ən başda namaz qılması ilə başladı. Sonradan QMİ açıqlama verdi ki, guya hər kəs fərdi olaraq namaz qılırmış, Ocaqnejat da orda (yəni başda) ibadət edirmiş.

Ocaqnejatın Azərbaycan xalqı üçün əziz şəhərdə - Şuşada dindarlarımızın önündə durub namaz qılması təbii olaraq cəmiyyətdə qıcıq doğurdu. 

Birincisi, belə “təsadüf” inandırıcı deyil. Əgər bu, təsadüfdirsə, Ocaqnejat gedib ən arxada ibadət edərdi (axı İslam sadəliyi təbliğ edir)

İkincisi, bu yay Şuşada başda oturan, daha doğrusu oturdulan Ocaqnejat ağa axırıncı payızda (Vətən müharibəsi vaxtı) harda idi? Niyə təmsil etdiyi dövlətə “Ermənistana bir az az silah göndərin, həmin silalarla azərbaycanlı müsəlmanları öldürürlər” demirdi?!

Allahşükür Paşazadənin nəinki Türkiyə ilə İranı bir tərəziyə qoyması səhvdir, hətta bu iki ölkənin adını eyni cümlədə işlətməsi də günahdır. Türkiyə Prezidentindən, bütün dövlət qurumları və ictimai təşkilatlarından tutmuş yığdığı pulları Azərbaycan Ordusuna göndərən uşağa qədər hər kəs bizi dəstəklədi müharibə vaxtı. Bəs həmin vaxt hardaydı İran? Niyə səsini qaldırmırdı ki, çıxın işğal olunmuş ərazilərdən? Bəlkə iranlı jurnalistin Azərbaycan Prezidentinə təxribatçı sual verməsi idi dəstək? Bəlkə İran şirkətlərinin Qarabağda qanunsuz fəaliyyəti idi dəstək?

Türkiyə bizə Vətən müharibəsində (elə ondan əvvəl də) ən müasir silahlarını göndərmişdi. Təkcə “Bayraktar” PUA-larının adını çəkmək kifayətdir. Azərbaycan bu və digər silahlarla tarix yazdı. Özü də tariximiz fətvayla yox, oğullarımızın qanı ilə yazıldı.

Allahşükür Paşazadə ifadələrində guya Azərbaycandakı müsəlmanlar adından danışır, “ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam” deyir. Lakin müsəlman cameəsinin etimadını doğrultmur, hətta əksinə gedir. Bəlkə də özünün dediyi kimi “vicdanın nə olduğunu bilməməsi” ilə əladədardır. Ya Şeyx, ya otur nəzirini yığ, Türkiyəyə, ordumuza, milli maraqlarımıza dəymə, ya da QMİ sədrliyindən get! Qoy orda Azərbaycan dövlətini və xalqını sevən bir şəxs otursun!

"Report"un Analitika departamenti

635x100

Şərhlər

vətəndaş-2 2021-07-30 10:49:59

Şeyx - vaxtdır ...

adsiz 2021-07-26 10:00:36

bele .... gore......

Eko 2021-07-26 09:38:41

Bir sorushan yoxdu , bu sheyx buqeder vardôvleti , hardan yuqib ? Olacaq sorushan ? ay qûc strukturlari )))))

Oxucu 2021-07-26 09:36:35

Mübarizi Şeyxin yerinə mollabaşı qoymaq lazımdır.

RT 2021-07-26 06:29:42

Bu adam azeri xalqina hec vaxt qulluq elemeyib ! bilesiz

Sahib 2021-07-26 03:17:53

Allahshukur Azerbaycan xalqini yeyib talayan adamnan ne gozleyirsiz? 1 nomreli xalqin dushmenidi. Avropada shirketleri var gadin sherikleri ile

Niyaməddin 2021-07-25 22:32:14

Allah bunların hamısının dünyada elə bəlasını versin ki, Allah və bəndə qarşısında rəzil rüsvay olsunlar. Bəlkə haqqı tapdalanan məzlumların qəzəbi bir az da olsa sakitləşər. Sən nə vaxt sünniləri, şiələri fikirləşmisən? Sən ömrün boyu öz mənfəətini fikirləşmisən. Onlarla şiə, sünni imamların maaşını ya verməmisən, ya da kəsmisən! Eynilə mənim kimi. Şikayətçi olanda isə demisiniz ki, əlinizdə yas məclisləri var. Mən və mənim əqidəmdə olan imamlar isə camaatın cibinə göz dikənlərdən olmamışıq. Cənab prezidentdən bir daha artıq dərəcədə xahiş edirik ki, bunları rədd eləsin və layiqli cəzalarını versin.

Elxan 2021-07-25 22:20:51

İranı Türkiye ile bir tutmaq, hətta fars mollasına burda vəkillik etmək erməniləşməkdir, düşmənçilikdir, Vətənə xəyanətdir. Xəyanət isə bağışlanılmır. Bu adamın yolu bizim yolumuz deyil. Bu adam iran mollalarının Azərbaycandakı marionetkasıdır

RR 2021-07-25 21:24:01

Çox da danışmayın öyle bir dua oxuyar ki hamınız quruyarsız

veten dashı 2021-07-25 21:20:55

Bunun Ocaq Nicat ağasından müharibə dövründə Azərbaycana dəstəklə əlaqəli bir xütbəsini bir kəlamını eşitmədik.Azərbaycan xalqı 35 minlik oğuz türkünə dilində yazmaq oxumaq imkanı verməyən iranin siyasətindən xəbərdardır.Bunlar şiəlik pərdəsi altında burada iranpərəst ordu düzəltmək istəyirlər.Rədd olun 35 milyonluq icərisindən cıxdığınız xalqın haqqın özünə qaytarın .Biz Sizin kimilərdən yaxşı şiələrik ,Hüseyn aşiqləriyik.Sizin Hüseyn aşiqliyiniz də yalandır bir siyasi oyundur...

t.ədalət 2021-07-25 20:43:47

Şeyx kreslosunu batırıb.Gərək özü oranı tərk eliyə.Putinə arxayın olub nə qədər xalqqı incidəcək?Azanların,dini bayramların yerini qarışdırmaqla xalqı Türkiyədən uzaqlaşdırmaq olmayacaq.Biz Türkiyə ilə eyni millətik!

zaza 2021-07-25 20:36:38

Bunuı və onun ardıcıllarını .... irana qovmaq lazımdır.

Mubarək 2021-07-25 20:21:52

İran mollaları əsl muselman deyil. ...Ermənilərlə dostluq edən, onlara yardım edən elə onun tayıdır...Azərbaycanda da iranpərəstlər elə ermənipərəst şərəfsizlər kimi şeydirlər....

M.Əsgərov 2021-07-25 20:13:59

Elmli adamlar gəlməlidi bütün postlara........

Said 2021-07-25 19:57:20

Əgər fətva ilə nəyisə həll etmək mümkündürsə fətva versinlər covid 19 - ü yox etsinlər!!!

Hikmət 2021-07-25 19:16:06

Allah rəhmət elədi də, nə istiyirsini?

Mirzə AĞ 2021-07-25 19:04:12

Gəldik, yetişdik Süleyman taxtına, Görək, nə çıxır şeyxin baxtına...

rasim quliyev 2021-07-25 19:02:07

Allah Sukr Pasazade bu qeder nezir qutusu var bir defe eshitmedim ki,Siz kimese komek etmisiz.Eksine Karlovaride villalari bes kim alacaq ?

Özgür 2021-07-25 18:52:15

ya danışığına fikir verib nəzirini yığ, ya da çıx get!

Son yazılar