"Əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur".
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun qarşısını qapanmadan almaq çox çətindir:“Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq”.

Şərhlər
Qapayın milləti evlərə!....
ucuz keyfiyyıtsiz Kitayski vaksini millətə zorla soxuşdurmaq nə məqsədədər