Bakı Dövlət Universitetinə yeni prorektor təyin edilib

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bundan sonra fəlaiyyətini Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində davam etdirəcək.

"Report" "Azərsu"ya istinadən xəbər verir ki, bu gün bu münasibətlə “Sukanal” ETLİ-də tədbir keçirilib.

Səhmdar cəmiyyətinin sədr müavini Etibar Məmmədov Fərda İmanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun “Azərsu”da səmərəli əmək fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Su təsərrüfatının inkişafındakı xidmətlərinə görə F.İmanova “Azərsu”yun Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edilib.

Tədbirdə çıxış edən “Azərsu”yun İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev və Baş elmi işçi Fazil Əbilov F.İmanov haqqında xoş sözlər söyləyərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda F.İmanov çıxış edərək, diqqət və qayğıya görə “Azərsu”yun, eləcə də “Sukanal” ETLİ rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib.

635x100

Şərhlər

t.ədalət 2021-07-26 20:50:36

Qorxmaz Hüseynovu da digər prorektor təyin edin.Artıq təhsil sistemindəki normalar da yerliçiliyin və regionçuluğun hesabına pozulur.Görəsən,başqa respublikalarda da belədir?

hərbi pensiyaçı 2021-07-26 20:00:19

indiki məmurlar işlərini ehtiyatlı tuturlar. İdarə işində olanda özl

MRP 2021-07-26 18:31:14

Fərda İmanov yaxşı alimdir.Və ancaq. Çox bacarıqsız bir təşkilatçıdır.Dekan olduğu dövrlərdə fakultə bunun şahidi olub.bu səbəbdən Abel Məhərrəmov onu vəzifəsindən uzaqlaşdırmışdı..

Son yazılar