Menu

"Qalatasaray" fransalı müdafiəçinin keçidini açıqladı

26.07.2021, 19:02
"Qalatasaray" fransalı müdafiəçinin keçidini açıqladı

Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Fransa "Renn"indən sağ cinah müdafiəçisi Saşa Buyu transfer edib.

21 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında ölkəsinin "Dijon" klubunda keçirmiş fransalı müdafiəçi 24 oyunda meydana çıxıb. O, Fransanın U-17 və U-18 yığmasının da şərəfini qoruyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol