Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.
Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Şərhlər
Biz ordumuzun künc-bucağında gizlənmiş,qalmış Rusiya və sovet təhsilli zabitləri tam uzaqlaşdırmasaq atəş ara verməyəcək və hərbiçilərimiz şəhid olacaqlar.Rusiyada yetişdirilmiş zabitlər Putinə öz valideynlərindən çox bağlıdırlar.Rüşvətxor və içalat alverçiləri olan zabitlər Rusiyadan da maaş alırlar.