"ƏLİ HƏSƏNOV VƏ BAŞINDAKI BAŞ REDAKTORLAR 76 MİLYON MƏNİMSƏYİBLƏR" - KİVDF-nin sabiq əməkdaşından SENSASİON AÇIQLAMA

Jurnalistlər üçün tikilmiş 3-cü binanın təyinatının dəyişdirilməsi ilə əlaqədar edilən müraciətlərlə bağlı dartışmalar davam edir. Bəziləri bunu haqlı, bəziləri isə ədalətsiz hesab edirlər. Odur ki, məsələdən azdan-çoxdan məlumatı olan adam kimi mən də münasibət bildirmək istəyirəm.

Heç kəsə sirr deyil ki, jurnalistlər üçün tikilmiş 1 və 2 ci binalarda Əli Həsənovun rəhbərlik etdiyi mütəşəkkil dəstə kifayət mənzillər ələ keçiriblər. Dəqiq desək, "media kapitanları" həmin binadakı evləri öz aralarında heç kəsdən çəkinmədən müxtəlif adlar altında pay-püşk ediblər. 

Belə ki, binadakı evlərin əhəmiyyətli hissəsi əvvəlcədən müəyyən edilmiş məbləğ müqabilində KİVDF-dən ildə 120 min və üstəgəl, 30-35 min birdəfəlik maddi yardım alan, günlərini Türkiyədə və bölgələrimizdə kef məclislərində keçirən baş redaktorların iştirakı ilə onların yaxınlarına, qohumlarına, katibələrinə və sevgililərinə verilib.

Bu işdə Əli Həsənov da fəal iştirak edib. KİVDF Ramiz Mehdiyev və Əli Həsənovun təşəbbüsü ilə yaradılıb və məqsəd isə pul qazanmaq olub. Amma nədənsə 2013-cü ildə Ramiz Mehdiyev geri çəkildi və ona məxsus qəzetin biri bağlandı. Nəticədə, həmin qəzetin baş redaktoru işsiz qaldı. Sonra isə kiminsə vasitəsi ilə Əli Həsənovun yanında işə düzəldi.

Beləliklə, meydan Əli Həsənova qaldı və yeyintinin miqyası bir qədər də genişləndi. Qəzetlərə və televiziyaya verilən məbləğin miqdarı artırıldı. Jurnalistlərin maddi sosial vəziyyətinin yaxşılaşdırılması arxa plana keçdi. Əli Həsənov və onun dəstəsinin üzləri sürətlə varlanmağa başladılar. Bəzi məlumatlara görə, Əli Həsənov və başına yığdığı baş redaktorlar elektron media da daxil olmaqla, 10 il ərzində təxminən 76 milyon pul mənimsəyiblər. Korrupsiya o həddə çatdı ki, axırda ölkə başçısı məsələyə müdaxilə etməli oldu və nəticədə Vüqar Səfərli həbs edildi.

Bəs niyə təkcə V.Səfərli? Əslində belə olmamalı idi. Bu işdə baş redaktorlar da dindirilməli, onların məsuliyyəti müəyyənləşməli idi. Çünki dövlətin bəlli qəzetlərə ayırdığı məbləğin bir hissəsini elə bu media kapitanları mənimsəyiblər. Özlərinə villa tikib, maşın alıblar. Bir sözlə, tabeçiliklərində olan əməkdaşların pulunu kəsib, kef içində yaşayıblar.

Yəqin ki, Vüqar məhkəmədə bu məsələni qaldıracaq. Əlavə edim ki, qəzetlərin böyük əksəriyyəti dövlət tərəfində ayrılan məbləğ üçün nəzərdə tutulan müsabiqə şərtlərini yerinə yetirməyiblər.

Amma müntəzəm olaraq müsabiqədə qalıb gəlib və ildə 120 min manat pul alıblar. Acığını deyim ki, KİVDF-nin 6 aydan bir elan etdiyi müsabiqədə iki qəzetin fəaliyyəti normalara cavab verib. Onlardan biri "Azadlıq” qəzeti olub (2013-ildə müsabiqədə iştirakdan imtina edib.), digəri isə "Yeni Müsavat”. Yerdə qalan qəzetlərin redaktorları pul verərək Tağı Əhmədovun metroda yaratdığı yayım firmasından arayış alırdılar. Vüqar Səfərlinin də bir yayım şirkəti vardı…

Bir sözlə, saxta sənədlərlə müsabiqədə qalib olublar. Əslində, pul alacaq qəzetləri Əli Həsənov şəxsən özü müəyyənləşdirib. Ayrılmış məbləğin müəyyən hissəsinin "obnalıcka” olunmasını isə Vüqara həvalə edib.

Ev məsələsi də aydındır. Bu işdə Vüqar Səfərli ilə redaktorlar əlbir oldular. Ortada pul olub, tapşırıq olub və s. Əgər istintaq düz getsəydi, indi bir çoxları Vüqarla "xlebnik” olardılar. Amma bu baş vermədi...

Görünür, rəhbərlik vəziyyətdən çıxış kimi belə bir addım atmağa qərar verib. Yoxsa, bu qədər "media kapitanının" istintaqa cəlb edilməsi böyük səs-küyə səbəb ola bilərdi.

Məhəbbət Orucov,

KİV DF-nin sabiq əməkdaşı

635x100

Şərhlər

QHT 2021-07-30 09:50:34

Himayədarı Əli Həsənov getsə də indi Azay Quliyevi kim qoruyur?! Yoxsa, yenə əvvəlki faiz metodu ilə işləyəcəklər? Yalnız ... dəyişib? Yazıq bəzi, az sayda olan həqiqətən iş görən qht-lər! Yenə yaxın buraxmayacaqlar.

Sadiq 2021-07-30 09:44:10

Yoxlamalardan sonra fəaliyyətində külli miqdarda korrupsiya halları aşkarlandıģına baxmayaraq yarandıģı gündən Şuraya rəhbərlik etmiş Azay Quliyev yenə də yeni yaranmış QHT Agentliyinin idarə heyətinin sədri seçildi (təyin edildi)???!!!

Qüdrət 2021-07-30 08:34:06

Şəhərin mərkəzində evi ola-ola jurnalistlər binasından 3 otaqlı mənzil alan baş redaktor müraciətə imza atıb ki, evlər şəhid ailələrinə verilsin. Verilsin də, sözümüz yox, amma veriləcəkdir Əli Həsənovun gülməşəkər gədələrinə verilən mənzillər birinci növbədə şəhid ailələrinə verilsin.

Niyaməddin 2021-07-29 22:44:08

Haqsızlığa, ədalətsizliyə göz yumanlara, məzlumların haqqını yeyənlərə Allah lənət eləsin!

Kasıb jurnalist 2021-07-29 20:15:22

Hörmətli Məhəbbət müəllim, cəsarətli yazınıza görə sizə təşəkkür edirəm. Ildə 120 min manat pul və evləri olduģu halda Əli Həsənovdan ev hədiyyə alan həmin baş redaktorlar indi evsiz jurnalistlər üçün tikilmiş binanın jurnalistlərə verilməməsi üçün kompaniya təşkil ediblər.

Əli 2021-07-29 19:52:50

Səmanın təklfi ilə razıyam. QHT sədrləri təcili attestasiyadan keçirilməlidir. Elə QHT sədri var ki, heç orta təhsili belə yoxdur. Layihəsinin adını belē bilməyənlər hər il yüksək məbləgdə faizlə qrant alıblar.

oleq 2021-07-29 18:32:42

Şəkildə gördüyünüz o savadsız amma dələduz kimi ad çıxaran baş redaktorların hamısı məhkəməyə çəkilməlidir,bütün mənimsəmələr onların əlilə baş verib

Elçin 2021-07-29 14:05:34

V.Səfərli külli miqdara rüşvət alaraq A.Əsədov adlı bir çobana ev verdi.

Samirə 2021-07-29 13:59:38

Əli Həsənov QHT Şurası yaranandan sonra əsl fədakar qht-ləri məhv etdi. Onlara qarşı Fərasət Qurbanovun əli ilə əsl səlib yürüşü elan etdi. Azay Quliyevlə Fərasət Qurbanovun işi is\ ildə 100-lərlə lazımsız qht yaratmaq oldu. Çünki deövlətin ayırdığı pulları başda Əli Həsənov olmaqla "yemək" lazım idi. Həttta Fərasət Qurbanovun bəzi qadın qht sədrlərindən "pul yığanlar" komandası da yaradıldı ki, bu qadınlar sözün əsl mənasında qht-lərlə Şura arasında maklerlik missiyası həyata keçirirdilər. Onların yeri tədbirlərdə yuxarı başda idi. Hamı bu 5-6 qadının kim olduğunu bulirdi.

Səma 2021-07-29 13:53:17

Azay Quliyevlə Fərasət Qurbanovun adı nədənsə heç çəkilmir. 2008-ci ildə Şura yaranandan sonra Əli Həsənovun göstərişi ilə nə qədər süni surətdə qht yaratdılar. Q"rasnt pullarını həmin qht-0lərin hesablarına köçürdüb. otkat etmək üçün. QHT sədrlərini fərdi qaydada attestasiyadan keçirtmək lazımdır.

Roma 2021-07-29 12:52:23

Bərəkallah, Əli müəllim qaz vurub qazan doldurmusan, 10 min, 100 min, 1 milyon və s. pul deyil, on milyonlar...

Xalq 2021-07-29 11:46:34

kasıb bir çörək oğurlayanda onu tutub 5-6 il iş verirlər. Bu oğru dəstəsi bu qədər pul oğurlayıb heç nə demirlər və ya demək istəmirlər. Hələ camaatdan soruşurlar ki, neynəyək?

esger 2021-07-29 11:31:50

Cinayetkerin yeri dustaqxanadır. Onlar isə kef edir. 100 manat üstündə tutulanları dərhal tutular, amma milyonlarla rüşvət alan dövləıt büdcəni talanlar azadlıgda gəzir

vidadi goyce 2021-07-29 11:18:23

metamorfoza

Musa 2021-07-29 10:56:49

Baş redaktorlar da qanunpozuntularına yol verib.Müşahidə şurasının sədri H.Həsənov və H.Baboğlu rüşvət alaraq vaxtilə çoban işləmiş h

t.ədalət 2021-07-29 10:40:47

Elə bilirəm ki,bu pullar baş redaktorlara boş yerə ayrılmayıb.Onlar bu yolla tələyə salınıb,necə deyərlər ələ keçirilib.Ona görədə deyilənləri icra etməyə hazır olublar.İndinin özündə də yaxası medallı çoxlu "verbovnıy" media rəhbərləri var.

Ədalət 2021-07-29 10:16:03

Bəs, QHT-lərə Dövlət Dəstəyi Şurası nə qədər otkaqlardan mənimsəyib?! Niyə onu işıqlandırmırlar?! Elə qht var ki, 7-8 il qrant ala bilməyib. Ancaq gördüyü işlər göz qabağında olub. Araşdırılsın!!!

vətəndaş cəmiyyəti 2021-07-29 10:10:40

Yaxşı olardı ki, keçmiş QHT-lərə Dövlət Dəstəyi Şurasınından hər il yüksək məbləğdə qrant alan qht-lərin də fəaliyyəti yoxlanaydı. Onların arasında adını doğru dürüst yaza bilməyənlər də var. Sabiq icraşı direktor Fərasət Qurbanovla "otkat" əlaqəsi olanları nəzərdə tuturam. Heç olmasa QHT-lərlə fərdi qaydada görüş keçiriləydi. Elə qrant alan qht sədri var ki, nə sədri olduğu təşkilatın adını, nə də məqsəd və vəzifəsini bilmir.

Son yazılar