Azərbaycan Gürcüstanda NATO təlimlərinə qatılıb - Rusiyadan reaksiya...

"Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla münasibətlərimizə dəyər veririk. Bu, tərəfdaş münasibətlərdir, münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün siyasi iradə var. Əlbəttə, bizim üçün vacibdir ki, bu cür təlimlərin ssenariləri bizim ölkəmizə münasibətdə hansısa pərdələnmiş hərəkətləri nəzərdə tutmasın".

"AzPolitika.info" info xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov Azərbaycanın NATO-nun Gürcüstanda keçirilən təlimlərində iştirakına Kremlin münasibəti barədə suala cavab olaraq bildirib. O, əlavə edib ki, təlimlərin ssenariləri NATO-da, Alyansda tərtib olunur. Alyans isə əsas rəqib qismində kimi gördüyünü gizlətmir.

Peskov daha sonra bildirib: "Kremldə hesab edirlər ki, NATO-nun Gürcüstandakı təlimləri diqqətlə izlənilməli olan mövzudur. Bu, bir daha sübut edir ki, NATO özünün hərbi infrastrukturu ilə bizim sərhədlərimiz ətrafındadır, özü də təkcə sərhədlər ətrafında deyil, bilavasitə sərhədlərimizdədir. Bu, əlbəttə, bizim tərəfimizdən diqqətlə izlənməli mövzudur. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması onu özünün təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görməyə vadar edir. Bu barədə həm Prezident, həm müdafiə naziri, həm də nümayəndələrimiz ən yüksək səviyyələrdə danışıblar".

Prezidentin mətbuat katibi onu da deyib ki, Kreml NATO təlimlərinin ssenarisinin Rusiya əleyhinə pərdələnmiş hərəkətlər anlamına gəlməməsinin vacib olduğunu hesab edir.

Xatırladaq ki, çərşənbə axşamı Gürcüstanda 15 ölkədən, o cümlədən Azərbaycandan olan 2,5 min hərbi qulluqçunun iştirakı ilə NATO-nun çoxmillətli “Agile Spirit” təlimləri başlanıb.

Müdafiə Nazirliyi bildirib ki, təlimlərdə Azərbaycandan iki nəfər hərbçi müşahidəçi qismində iştirak edir. Qurumun sözçüsü, polkovnik Vaqif Dərgahlı Azərbaycan tərəfindən təlimlərə qatılan hərbçilərin sayının belə az olmasını qabaqcadan nəzərdə tutulan planla izah edib.

Qeyd edək ki, Gürcüstanda ABŞ-la birgə "Agile Spirit 2021" ("Çevik ruh") çoxmillətli hərbi təlimlər bu gündən start götürüb. İyulun 26-da başlanan təlimlər avqustun 6-dək davam edəcək.

ABŞ ordusunun mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2500-ə yaxın hərbi heyət iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Agile Spirit 2021" təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstandadır.

Məlumat üçün bildirək ki, "Agile Spirit" hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2021-07-29 22:04:49

Allah qüvvət versin !

Xalq 2 2021-07-29 19:55:17

tariximizin ən çətin dövrünü keçirik. Ona görə də çox məsuliyyətli olmalıyıq!

Xalq 2021-07-29 19:52:29

bu təlimdə çoxlu əsgərimiz iştirak etməli idi, iki müşahidəçi yox.

Son yazılar