Menu

Azərbaycanda pul bazası yeni tarixi maksimuma çatıb

30.07.2021, 14:29
Azərbaycanda pul bazası yeni tarixi maksimuma çatıb

2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası 5,6% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Beləliklə, "APA-Economics"in Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamaya görə, ölkədə pul bazasının həcmi iyulun 30-na 15,956 mlrd. manat təşkil edib ki, bu da indiyədək qeyd olunan ən yüksək göstəricidir.

Elman Rüstəmov konfransda əlavə edib ki, ilik qalan dövründə pul təklifinin dinamikası xəzinə hesabının dəyişimi və dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol