DEPUTATIN "QOÇULUĞU" İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILDI - Hadisənin harada və necə baş verdiyi açıqlandı

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

"Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Mətbuat xidmətindən bildirilib.

Bu arada deputatın polisi harda və necə döyməsi barədə yeni məlumatlar yayılıb.

Belə ki, bakupost.az-a daxil olan məlumatda bildirilir ki, hadisə Xaçmazda, Bakı prospektində yerləşən “Starıy Dvor” restoranında baş verib.

Bildirilir ki, “Starıy Dvor” restoranını E.Səlimovun qohumları işlədir, qəyyumluğu isə deputat özü edir. E.Səlimovun vaxtaşırı olaraq bu restoranda olduğu, istirahətini burada təmin etdiyi də qeyd edilir.

İnsidentin təməli isə bir həftə öncədən başlayıb. Həmin vaxt reyd keçirən Xaçmaz polisi restorana gəlib və restoran rəhbərliyinə gecə 12-dən sonra fəaliyyət göstərməyin qadağan olduğunu xatırladaraq, belə hala yol verməməsini, restoranın fəaliyyətini gecə 12-də dayandırmağı tələb edib.Həmin vaxt restoranda olan deputat E.Səlimov polislərin qanuni tələblərinə etiraz edib və onlardan restorandan çıxmasını tələb edib.

Reyd keçirənlərdən biri olan polis əməkdaşı Zaur Mirzəyev qanunun tələblərini xatırladaraq, deputata etiraz edib və restoranın gecə fəaliyyətinin rayonda pis nümanə olduğunu, qanunun hamıya şamil olunmasının vacibliyini deyib. Deputat Eldəniz Səlimov isə bunu təhqir kimi qəbul edib və polisin ünvanına nalayiq sözlər işlədib. Mübahisənin böyüməməsi üçün polis restoranı tərk edərək, rəhbərliyə məruzə edib.

Hadisənin səhəri günü isə E.Səlimov Z.Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng edərək, oğlunun ondan üzr istəməsini tələb edib.

Xaçmaz sakinlərinin dediyinə görə, Mirzəyevlər ailəsi rayonda həddən artıq sadə həyatları ilə tanınır və heç vaxt heç kimlə mübahisə etməyiblər. Cavanşir Mirzəyev isə günəmuzd fəhləlik etməklə, hətta iş olmayanda, butulka yığıb satmaqla dolanan kasıb bir kişidir. Deputatın zəngindən sonra Cavanşir Mirzəyev oğluna Eldəniz Səlimovdan mütləq üzr istəməli olduğunu tapşırır və Zaur Mirzəyev də bununla razılaşır. Deputat bildirir ki, restoranda 28 iyulda olacaq, ora gəlib, hamının qarşısında üzr istəsin.

28 iyulda keçirilən reydə Z.Mirzəyev də salınır və onlar “Starıy Dvor”a gedərkən yenə də qanunsuzluq edildiyini, restoranın gecə 12 olmasına baxmayaraq, fəaliyyət göstərdiyini görürlər. Z.Mirzəyev deputatdan üzr istəyir, buna baxmayaraq, yenə də restoranın 12-də bağlanmalı olduğunu xatırladır.

Bu isə Eldəniz Səlimovu hövsələdən çıxarır və Z.Mirzəyevi ağır sözlərlə təhqir edərək, döyür.

Z.Mirzəyev hadisədən sonra baş verənlərlə bağlı Xaçmaz RPŞ-nin rəhbərliyini məlumatlandırmır. Yalnız 29 iyulda insident mediaya sızdıqdan və deputatın əməlləri ifşa olunduqdan sonra Polis Şöbəsinə çağırılan Z.Mirzəyev hadisənin baş verdiyini və xəsarətlər aldığını təsdiqləyir. Bunun ardınca isə Daxili İşlər Nazirliyinə məlumat verilir və iş nazir Vilayət Eyvazovun şəxsi nəzarəti ilə araşdırılır.

"AzPolitika.info"

635x100

Şərhlər

Niyaməddin 2021-07-31 00:33:24

Belə deputata lənət olsun. Dərhal mandatı ləğv edilməli və həbsə göndərilməlidir!

Cəmşid Dərələyəzli 2021-07-30 21:29:32

Bəli bu debutat Milli məclisin adını ləkə gətirdiyi üçün, həm də güc strukturunun mənsubunu aşağıladığı üçün (day seçiciləri də demirəm, niyəsini özünüz yaxşı bilirsiniz)., Respublika Baş Prokrorluğu işə qarışmalı, Milli Məclis və MSK qarşısında onun toxunulmazlığının qaldırılması barədə məsələ qaldırmalıdır. Toxunulmazlıq qaldırıldıqdan sonra isə barəsində cinayət işi açılmalıdır. Yox ki, Milli Məclisin İntizam komissiyası bir xəbərdarlıqla kifayətlənməlidr. Bu bir başa Dövlət və Dövlət Başçısımnın nüfuzun da harada isə kölgə düşürməkdir. Milli məclisin üzvü ola-ola nə demək, polisi döymək, qoçu dəstəsi ilə hüquqşunasa hücum etmək, bir digəri deputatlıq vəsiqəsini girov qoyub borc götürmək, bir digəri də kabinetdə xanımın arxasını sığallamaq. Bunlar hamısı sonuncu qrultayda YAP İcara Aparatı sədrliyindən uzaqlaşdırılan Əli Əhmədovun "əsərləridi". İnşallah Ölkə Başçısı uzağı payızda parlamentin buraxılması haqqında sərəncam imzalayar. Orada oturanların 5-10 %-i istisna, o yerə layiq deyillər. Bunu 44 günlük vətən müharibəsində daha qabarıq şahid olduq. Ona görə də, müharibədən sonra guya seçiciləri ilə görşə gedənləri cammat oradan ... qovan kimi qovdular.

Mahir 2021-07-30 21:13:59

Eldənizin bütün həyatı saxtakarlıqdan, qanunsuz əməllərdən ibarətdir....Araşdırın hər şey aydın olacaq

Xalq 2021-07-30 20:45:53

bu "deputat"-ın kəfini almaq lazımdır!

Emil 2021-07-30 18:17:22

Eldəniz vaxtaşırı deyirdi ki " mən adam öldürsə belə agsaqqal məni qurtaracaq...." Bu dediyi ağsaqqal Şəmsəddin müəllimdir. Eşilib deputat oldugumu biləndə gülməkdən öldüm

Emil 2021-07-30 18:12:43

Eldəniz vaxtaşırı vurğulayırdı ki, " mən adam öldürsə belə agsaqqal məni qurtarar

Son yazılar