Menu

Flora Kərimova “Şərəf” ordeni ilə təltif edilib

31.07.2021, 11:32
Flora Kərimova “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Şərhlər

t.ədalət 2021-08-01 11:14:30

Orden və medal almağa,bəlkə də birinci olaraq haqq edən elə Flora xanımdır.Öz xalqına sədaqəti ilə seçilir.Nə keçmişdəki,nə də indiki xidmətlərinə görə utanacaq heç nəyi yoxdur.

Seyid Ənhu 2021-07-31 19:04:59

DÜNYANIN BÜTÜN ORDEN VƏ MEDALLARI FLORA KƏRİMOVANIN İLAHİ SƏSİ QARŞISINDA SÖNÜKDÜR.

qaraguruh 2021-07-31 16:08:16

Şərəfli bir xanım Şərəf ordeninə layiq görüldü--nəhayət

Roma 2021-07-31 15:02:15

Flora xanım nadir səsə malik, estradamızın ən parlaq nümunəsidir, mən tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan Xalqının demək olar ki, əksəriyyəti tərəfindən sevilir...Təbriklər Flora xanım, Yaşınız, Ordeniniz, Təqaüdünüz...Xalq Sizi sevir...

Mahir 2021-07-31 14:30:31

Müasir mədəniyyətimizin tək- tək sayılan şərəf və ləyaqət simvollarından biri, virtuoz, əvəzolunmaz, əsrarəngiz sənətkar FLORA XANIM..Nəhayət həqiqət və əlahəzrət ədalət gec də olsa yerini aldı.Sənə bundan sonra uzuuuun, salam, və sevinc dolu ömür diləyirəm SƏNƏTKAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol