80 YAŞ VƏ 80 QƏPİKLİK TƏFƏKKÜR... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Sözsüz ki, istənilən şəxsin mənəvi keyfiyyətləri onun yaşı, daşıdığı titullar, vəzifələr, elmi dərəcələr, yaxud malik olduğu maddi zənginliklərdən daha çox konkret əməlləri ilə ölçülür. Cəmiyyətimizdə çoxsaylı nümunələr göstərmək olar ki, onların timsalında yaş və maddi zənginlik artdıqca, mənəviyyatın çürüməsi prosesinin sürətləndiyi görünür. Və təəssüf ki, belə nümunələr köhnəli-təzəli deputatların arasında daha sıx-sıx rast gəlinməkdədir...

Mətbuatda yayılan və Daxili İşlər Nazirliyi(DİN) tərəfindən təsdiqlənən məlumatda deyilir ki, sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib. Hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişilə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb. Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib. DİN-dən bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı “Range Rover” markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: “Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır.” Qeyd edək ki, X.Kazımlının bu gün-sabah 80 yaşı olacaq. Ancaq görünür bu, onun nəticəsi yaşında olan kasıb qız uşağı ilə mübahisə etməsinə mane olmur...

Tərcümeyi-halına baxanda görürsən ki, bu adam 1967-ci ildən o vaxtkı Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin, 1995-ci ildən isə Milli Məclisin boğazına kal armud kimi keçib. Biləsuvar rayonundan millət vəkili “seçilən” X.Kazımlı 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış, yəni 25 il Milli Məclisin deputatı olub. Hazırda isə göründüyü kimi, “AA” dövlət seriyalı, “Range Rover” markalı bahalı avtomobildə gəzir və şəxsi sürcüsü var.

Hələ başqa var-dövlətindən, malından, mülkündən danışmırıq, sadəcə, sual yaranır ki, “AA” dövlət seriyası onun avtomobilinə hansı statusuna görə verilib? Ümumiyyətlə, bu adam hansı xidmətlərinə görə və niyə adi vətəndaşdan qat-qat üstün, zəngin həyat tərzinə, var-dövlətə malik olmalıdır ki, hələ bir salfet satıb çörəkpulu qazanan uşağın üstünə də sürücüsünü qısqırtsın? Axı, böyük ehtimalla həmin uşaq ondan hansısa villasının açarlarını yox, 50 qəpik, yaxud bir manatlıq salfet almasını istəyib. Ümumiyyətlə, kasıb-kusubu tapdalamağa hazır olan, adam yerinə qoymayan bir təfəkkürə malik birisi nədən bu imtiyazlara sahib olmalıdır?...

Xatırladaq ki, bu adam uzun illər görüntü xatirinə yaradılan və adı müxalifət qoyulan siyasi zibilxananın ən sönük təmsilçilərindən biri olub. Parlamentə ardıcıl olaraq 5 dəfə(!) “seşilən” və məlum “5-ci kolon”un himayə etdiyi bildirilən bu şəxsdən nə “seçiciləri”, nə parlament, nə xalq, nə də dövlət yarıyıb. Ancaq buna baxmayaraq, göründüyü kimi, dövlətin resurslarından yaxşıca bəhərlənib.

Heç övladlarını da pis yerləşdirməyib. X.Kazımlının oğlu Fəxri Kazımov hazırda İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir. Qızı Əsli Kazımova isə, nə qədər ironik görünsə də, faktiki olaraq atasının şəxsi mülkiyyətinə çevrilən və nə cəmiyyətə, nə xalqa, nə də dövlətə hər hansı faydası, nüfuzu, təsiri olmayan partiyanın sədridir. Yəni ki, adam partiyasını və sədrlik vəzifəsini qızına ötürüb. Bu təfəkkürün sahibi, layiq olmadığı var-dövlətə, imtiyazlara, vəzifələrə sahiblənən və belə görünür ki, yaşlandıqca dəngəsini itirən birinin azyaşlı kasıb qız uşağını döydürməsi də təbiidir... 

X.Kazımlının “xidmətlərinə” bir daha nəzər salmaq üçünsə onun deputatlığının son dövrlərində parlamentin komissiyalarından birindəki iki kəlməni bir-birinə calayıb danışa bilmədiyi çıxışını xatırlamaq kifayətdir: 

Cəlal Məmmədov 

“AzPolitika.info”

635x100

Şərhlər

Emil Memmedov Mehebbet oglu 2021-08-02 22:36:34

Hormetli redaksiya Bunun oglunnan yazin zehmet olmasa. Ipoteka fondu Qan agliyir

Aborigen 2021-08-02 12:26:14

Ay camaat! Bu kişini niyə qınayırsınız? Məgər bu adam Marsdan gəlib! Bunu 25 il kim deputat seçib? Biz! Kim bu adamı prezidentliyə namizəd verib? Biz! Bu adamın qarşısında sual işarəsinə kim dönüb? Biz! Deməli bunu qınamaqdan əvvəl özümüzə bir yüngülvarı bəzi sözləri deməliyik. Qaldı ki, Xankişiyə (pardon, Xanhüseynə) salfetka təklif edən qızcığazın döyülməsinə, a kişilər uşaq salfetka satmağa adam tapmır? Salfetka bunun nəyinə lazımdır? Xankişinin (pardon, Xanhüseynin) bədəninin, qəlbinin, namusunun, qeyrətinin, vicdanının, ruhunun, mənəviyyətinin və s. çirkabını heç sulfat turşusu da təmizləməz. ALLAH Xankişiyə (pardon, Xanhüseynə) 300 il ömür versin! Amin!

Emil Memmedov Mehebbet oglu 2021-08-01 17:45:42

Fexri Kazimov ipoteka fondunu yeyib talayir. Her cur maxinasiyalarla gunde ne firildaq chevirdiyini ish esnasinda gorurem.

Amerikanli 2021-08-01 17:42:13

Bunun kimi zavalli memurlara gore gelmisem Amerikaya

Qoca Molla 2021-08-01 17:10:41

Cox güman Alheyzmerdən əziyyət çəkir

buzovnali 2021-08-01 15:33:08

Bu ğün nə dəyişib bəyəm?

asif 2021-08-01 11:43:59

bunun oglu ipoteka fondunda hoqqa verir.her milyard yarim kredit verdiyini deyirler.kime verirler bir ozleri bilir.4 faiz 12 ay baglidir ,adi var ozu yoxdur.4 faiz kredit limitine aid olan insanlarin 5 faizi 1000 manat alar ya almaz.onlarada deyirler sene 30 min manat dusur.elebil camahat ev yox vaqon alacaq.olkenin butun qanun qaydalari bilerekden tersine isledilir.sanki meqsed eseb oynadib bezdirmekdir.

pensioner 2021-08-01 10:49:56

Bu tək deyil.Keçmiş və hazırda "seçilən"lərin demək olar ki,hamısı bu gündədir

Veteran 2021-08-01 00:28:12

Ləhnət olsun "sizlərə".

Cabir Vəliyev 2021-07-31 23:27:02

Guya MM-də oturdulamların içərisində Kazımlılar azdır?Seşki olmayan Məclis belə də olmalıdır.YAP=da nə qədər boşboğazŞ,bir işə yramayan varsa ya nazir olur.ya deputat.Məələn S.Babayev,E.Nəsirov bə...

Amerikanli 2021-07-31 23:08:19

amerikada fehle isdiyirem 5600$ aliram

Emil Memmedov Mehebbet oglu 2021-07-31 23:03:48

Bunun oglu londonun Waterloo rayonunda 1.1 milyon funtluq apartmani hansi pulnan alib?

M.Əsgərov 2021-07-31 22:42:58

azad sən gündəlik çörək pulu üçün özünü maşının üzərinə atan saıfetsatan qızı deyil, o qızı bu işə məcbur qalmağa şəraiti yaradan o xanhüseyni döyməlisən- hə döyə bilərsən?....

Sahib 2021-07-31 21:57:11

Bunu və bunun kimi ....qları MM- dən düz edib göndəriblər.Amma təəssüf ki, bunlardan betəri Eldənizlərlə əvəz edildilər.Deputat korpusu hər şeyi əldə edəndən sonra xalqı döyməyə girişib. Zərdab ən deputatı Jalə Əliyeva elə seçki kompaniyasınin gedişində özünün etiraf elədiyi kimi seçicinin başına sumka vurmasını iftixarla demirdimi? Bu hələ qadındır belə edir. Bu gedişlə kişi deputatlar xalqı döyürsə, öldürmürsə təəccüblənməyin....şükür edin..

Niyaməddin 2021-07-31 19:39:34

Xanhüseyn kazımlının, onun vasitəsilə varlanan hər kəsin və xüsusilə bu qoçu sürücünün var dövlətini müflisləşənə qədər müsadirə etmək, sonra da salfet satdırmaq lazımdır. Bunlar çox qudurublar. Salfet almırsan, cəhənnəmə al, səssiz öt yanından get. Daha döymək nə deməkdir? Bu əclaflıqdır. Allah hər birimizi o salfet satanlar zümrəsində qərar verə bilərdi. Halımıza şükür edib nəzirimizi, sədəqəmizi və zəkatımızı verməliyik, bu bizim borcumuzdur. Bir daha unutmamalıyıq ki, biz də o salfet satanların vəziyyətinə düşə bilərik. Allahın ədalətini və intiqamını unutmamalıyıq. Cəlal bəyə təşəkkür edirik, minnətdarıq!

Xalq 2 2021-07-31 18:43:30

bu gördüyünüz kasıbçılıq, yoxsulluğun günahkarı savadsız və qoca "deputatlardır" ki, deputat kreslosundan əl çəkmirlər ki, millət yoxsulluğun və aclığın qarşısını ala bilsin!

Xalq 2021-07-31 18:37:44

Millət çörək pulu dilənir! sən "deputat" M.M.-də elə qanunlar qəbul edəydin ki, millət rəzil günə düşməsin.Millətimizin bu günə düşməyinin birinci günahkarı sizlərsiz. 90 yaşlı deputatın faydalı iş əmsalı sıfıra bərabər olmalıdır da!

Oxucu 2021-07-31 18:12:20

Allah Eldarın atasını rəhmət eləsin,o,heç olmasa belələrindən istifadə etmirdi.

Əski Qarabağlı 2021-07-31 17:52:32

iBir şah dolmanı sevər, sarımsaqdan diskinərmiş. Təlxək də yemək önü şahla birgə dolmanı da təriflərmiş. Bir gün şah qəsdən sarımsaq dolması sifariş edir. Təlxək yemək önü tərif deyəndə, şah onu saxlayıb sual verir ki, sarımsaqdan da dolma olar? Təlxək də cavabında:Şah sağ olsun! Dolmayla nə işim? Mən Sizə qulluq edirəm, cavabını verir.

Eko 2021-07-31 17:35:45

Men bunu bilirem ,,, bu adamlar bizden deyiller ! Qannarinda bashqa qan var ...., DTX xahish edirem nele insanlarin toxumnu yoxlayin ! Cox yalvariram , bunnar coxdu !

Qabil Hüseynl 2021-07-31 17:16:17

Bizdəki kimi kapitalın ilkin yığımını Marks nektarını ölulərin kəlləsindən çəkən arilara bənzədirdi.

esger 2021-07-31 16:15:01

Salfetsatan ya da digər isi Burada söhbət xan və qul arasında davranışdan qedir Bu Kazımlılar vətənə bir qəpik xeyir gətirməyib amma gəl ki, bu tipli insanlar elə çoxdur və artrıq yeni qaydaları yaradanvarlı təbəqə mövcudur

qaraguruh 2021-07-31 15:18:05

bunlar&&&-Az'rbaycanda nə qədər danadiş var hamısını layiq olmadığı sərvət və vəzifələrə yüksəltdi-nə üçün sonra bilinəcək--özünü vətənpərvər hesab edənlər qeydiyyat aparın.

Azad 2021-07-31 15:02:32

Raziyam, amma bir sheyi unutmayaq ki, bu salfet satanlar mashinin altina tullanir, chekil deyirsen, basha dushmurler. ...umumiyyetle, butun dilenci ve bele ishle meshgul olanlari kuchelerden yigishdirmaq lazimdir....

Son yazılar