Menu

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşıb

31.07.2021, 16:46
Bitkoinin qiyməti 42 min dollara yaxınlaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5,27 % artaraq 2 469 dollar olub. İlk onluqda qərarlaşan kriptovalyutalardan ən böyük artım isə “Polkadot”da olub.

Kriptovalyuta bazarının toplam dəyəri 1,63 trilyon dollar həddində qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol