Menu

"Qarabağ"ın potensial rəqibləri açıqlandı

31.07.2021, 22:26
"Qarabağ"ın potensial rəqibləri açıqlandı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - AEL (Kipr) cütünün qalibinin turnirin pley-off mərhələsindəki potensial rəqibləri açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadla xəbər verir ki, bu cütün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq. Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərinin birinin qalibi ilə qarşılaşacaq.

SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Pasuş de Ferreyra" (Portuqaliya) - "Larn" (Şimali İrlandiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbyu" (İsveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-i keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol