Menu

Türkiyənin bələdiyyə sədri: “Biz azərbaycanlıları qardaş bilirik”

02.08.2021, 23:06
Türkiyənin bələdiyyə sədri: “Biz azərbaycanlıları qardaş bilirik”

“Azərbaycanlı qardaşlarımızın “yetişdim qardaş” deyərək yola çıxdıqlarında bütün Türkiyədə və Çorum şəhərində həyəcan yaşandı”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyənin Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın jurnalistlərə açıqlamasında deyib.

“Çorum şəhərinə yaxınlaşacağınızı eşidəndə sizi qarşılamaq, “Bir millət iki dövlət” ifadəsini üzünüzə söyləmək, azərbaycanlı qardaşlarımızı necə çox sevdiyimizi, azad Qarabağ üçün bu millətin nə qədər dua etdiyini birbaşa sizə söyləmək istədik. Türkiyəyə xoş gəldiz, səfa gətirdiniz. Siz nə qədər çətin vəziyyətdə olsanız, biz “yetişdik qardaş” deyərək, ölümü, şəhadəti gözə alaraq, Azərbaycana hər zaman gəlməyə hazırıq. Biz azərbaycanlıları qardaş bilirik və qardaş kimi sevirik. Bütün azərbaycanlılara buradan salam olsun”, - deyə bələdiyyə sədri bildirib.

Şərhlər

Niyaməddin 2021-08-02 23:57:10

Və aləykumus səlam və rahmətullah və bərakətuh! Allahın salamı, rəhməti, bərəkəti sizin də üzərinizə olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol