Menu

Tokio-2020: Güləşçimiz ermənini məğlub edərək bürünc medala sahib çıxdı - VİDEO

03.08.2021, 16:00
Tokio-2020: Güləşçimiz ermənini məğlub edərək bürünc medala sahib çıxdı - VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio Olimpiadasında ölkəmizə üçüncü bürünc medalı qazandırıb.

O, bu gün bürünc medal uğrunda döyüşdə Ermənistan təmsilçisi Karapet Çalyanı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu Azərbaycanın Tokio Olimpiadasında sayca üçüncü medalıdır. Bundan öncə cüdoçu İ.Kindzerskaya və boksçu A.Domingez uğura imza atıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol