Milli Məclisin daha bir deputatı – Novruzəli Aslanov qızına karantin qaydalarına zidd toy məclisi keçirib.
"AzPolitika" Gununsesi.info-ya istinadla xəbər verir ki, deputat qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə yaxın adam olub. Novruzəli Aslanovun karantin müddətində toy məclisləri üçün müəyyən edilən 150 nəfərdən artıq adam toplaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həm də bəstəkar olan Novruzəli Aslanov təkcə 10 nəfərə yaxın müğənnini məclisə çağırıb.
Bundan başqa millət vəkilinin qohumları ilə yanaşı, deputat həmkarları, ictimaiyyət nümayəndələri də toyda olub.
Bəs görəsən, müvafiq qurumlar müəyyən olunmuş say həddindən artıq adamları başına toplayan deputatı məsuliyyətə cəlb edəcəkmi?
Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.
P.S. Deyəsən Milli Məclisin İntizam komissiyasının bu yay işi çox olacaq...


Şərhlər
İnsan öz evladının şənliyini təmin və təşkil etməkdə azaddır. Bu hal Səlimovnkinə bənzəmədiyindən bəzi kommentlər şişirdilib.
Şadlıq saraylarının sahibləri, toy sahibləri necə həbs olunursa, bu da həbs olunmalıdır. Toxunulmazlığı ləğv edilməli, məhkəmə qarşısına çıxarılmalıdır.
Qanun hamıya tətbiq edilməlir.
LAL, KAR DEPUTATLARDAN BİRİDİR.
Butun Ismayillilar bilir, bunun ana terəfinin hansı millətdən olduğunu... Ozu de Ramiz Mehdiyevin deputatidir, heqiqeten biyabirciliqdir vallah
Mütləq cəzalanmalıdır. Başqa vətəndaşlar olsaydı, çoxdan cəzalandırılmışdı.