Menu

Canlı yayımda damarlarını kəsən qazi xilas edildi - DİN-dən açıqlama

04.08.2021, 23:01
Canlı yayımda damarlarını kəsən qazi xilas edildi - DİN-dən açıqlama

Canlı yayımda intihara cəhd edən qazi Bəhram Nuriyev xəstəxanaya yerləşdirilib.

Bu barədə Musavat.com-a DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumat əldə etdikdən dərhal sonra həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Bəhram Nuriyevin yeri müəyyən edilib.

DİN rəsmisi bildirib ki, B.Nuriyev polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Nuriyev bir neçə dəqiqə əvvəl özünün feysbuk səhifəsindən açdığı canlı yayımda damarlarını kəsib. O, səhhətində yaranan problemlə bağlı aidiyyatı qurumların doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirir.

Şərhlər

Seçici 2021-08-05 11:53:21

vetendaş sən niyə intihara cəhd etmirsən. Görünür xalqın talanmış oğurlanmış pullarını yeyənlərdənsən kefdəsən ancaq belə hadisələrdən bir az narahat olursan. Sənin kmilərdir istəyirlər ki vətən uğrunda döyüşüb sağ qalanlar da belə yollarla yox olsunlar ki rahar nəfəs alasınız öz kefinizdə olasınız çapıb talayasız nə qazi nə xalq nə vətən pulı olsun kef olsun

Vetendaşa 2021-08-05 09:07:00

Sənin necə əlin gəlir o yazdıqlarına. Sən ya talançı məmur millətin qanını içən ya da nə bilim kimsən. Bir məmur nazir oğlu da gedib vuruşardı vətəni qoruyardı qazı olardı ancaq olmadı.

Reyhan 2021-08-05 05:37:00

YENƏ DƏ SAQ OLSUN POLİS...BİR İNSAN HƏYATINA LAQEYD OLMAYİB.

Vetendaş 2021-08-04 23:48:12

Salam, doğrudur haqqı tapdanan insanlarda var ama patı qəbul eden, adın qazi qoyub özlerine hay heşirle imtiyaz, diqqet teleb edirler. Hanı ziyalılarımız ki vetendaşa anlatsın ki VETEN OĞLU sen indi başımıza qaxanc etmeyçün orduda olmamısan.. o gün atamı Bakıdan xestexanadan getrirem, 1 gənc şoferə deyir ki o ağsaqqala de ki bu oglan qazidi düş keç arxaya o qabagda otursun.. yazıq dövlet 60 min adama medal vermədi ki indi bundan istifadə edilə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol