Menu

Karantin qaydalarını pozan şadlıq evi 4 000 manat cərimələnib

05.08.2021, 09:30
Karantin qaydalarını pozan şadlıq evi 4 000 manat cərimələnib

Daşkəsən rayonunda karantin qaydalarını pozan şadlıq evi 4 000 manat məbləğində cərimə olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aparılan yoxlamalar zamanı “Elnur” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirakı müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol