Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edilib.
"Report" quruma istinadən xəbər verir ki, bu, Anar Rzayevdir.
O, 1973-cü ildə Bakı şəhərində anadan olub, "Xəzər Universiteti"nin Hüquq və sosial elmlər fakültəsini bitirib,1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.
A.Rzayev 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
O, 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


Şərhlər
Rəhman özündən çox razıdır, deyir ki, Nazir müavini Rəhman mənim sinif yoldaşımdır...
Şəkinin Nəqliyyat Departamentinin müdir vəzifəsinə təyin olunan Rəhmanın əli kor. bulaşıb ???
Şəkinin Nəqliyat Departamentinə təyin etdiyi kadr nazirliyin hansı vəziyyətdə olmasından xəbər verir ? Bu adam Şəkidə Müəllimlər İnstutunda aldığı və müəllim peşəsinə yiyələndiyi gündən dövlətə 1 manatlıq xeyr verməyib, yalnız özünü düşünüb...... adicə peşəsi üzrə dərs deməyə qabiliyyəti çatmayıb ?