Menu

Ermənistanda tanınmış müxalifətçinin ərinin avtomobili partladılıb

05.08.2021, 12:51
Ermənistanda tanınmış müxalifətçinin ərinin avtomobili partladılıb

Ermənistanın keçmiş deputatı, “Əriklər ölkəsi” Partiyasının sədri, tanınmış ictimai-siyasi xadim, hüquq müdafiəçisi Zarui Postancanyanın əri Suren Drampyanın maşını partladılıb.

“Report” xəbər verir ki, məlumatı “Hayeli.am” yayıb.

Avtomobilin partlayışdan sonrakı vəziyyətinin videosu da yayılıb.

Qeyd edək ki, Zarui Postancanyan baş nazir Nikol Paşinyana müxaliəftdə olan siyasi liderlərdən biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol