Menu

"Çin və ABŞ arasında toqquşmanın qarşısını almaq həyati əhəmiyyət kəsb edir" - Sinqapurun Baş naziri

06.08.2021, 00:18
"Çin və ABŞ arasında toqquşmanın qarşısını almaq həyati əhəmiyyət kəsb edir" - Sinqapurun Baş naziri

Çin Xalq Respublikası (ÇXR) və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında toqquşmanın qarşısını almaq bütün dünya üçün həyati əhəmiyyət kəsb edir.

Bu barədə Sinqapurun Baş naziri Li Syan Lun bəyan edib. Xəbəri avqustun 5-də «Sinxua» informasiya agentliyi yayıb.

«Mən, hər iki tərəfə məsləhət görərdim ki, pauza etsinlər, tələsik addımlar atmazdan əvvəl yaxşıca fikirləşsinlər, nədən ki, bu, çox təhlükəlidir» - agentlik Li Syan Lundan sitat gətirir. O, Aspensk təhlükəsizlik forumunda videorabitə üzrə çıxış edib.

Onun sözlərinə görə, çox vacibdir ki, Birləşmiş Ştatlar və Çin toqquşmaların qarşısını almaq üçün qarşılıqlı fəaliyyətə can atsınlar. Belə toqquşmalar hər iki tərəf və bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol