Menu

Bu gün “Qarabağ” Avropa Liqasında növbəti matçına çıxacaq

23.10.2014, 16:26
Bu gün “Qarabağ” Avropa Liqasında növbəti matçına çıxacaq

Oyun canlı yayımlanacaq.

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən “Qarabağ” Ukraynada “Dnepr”in qonağı olacaq.

Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Qeyd edək ki, tamaşaçılar Ağdam təmsilçisinin Ukrayna klubuna qarşı matçını AzTV-dən canlı izləyə biləcək.

23 oktyabr

Avropa Liqasının qrup mərhələsi, III tur

00:05. “Dnepr” (Ukrayna) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)

Kiyev. “Olimpiyski” stadionu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol