Menu

ANAMA Ağdamda minaya düşən əməkdaşının durumunu açıqlayıb

06.08.2021, 15:50
ANAMA Ağdamda minaya düşən əməkdaşının durumunu açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 6-da minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

Şərhlər

Xalq 2021-08-06 18:51:58

Şükr Allaha! Allah tam şəfasını versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol