Menu

Tokio Olimpiadası: Karateçimiz İrina Zaretskaya gümüş medalla kifayətləndi - FOTOLAR (YENİLƏNİB)

07.08.2021, 17:00
Tokio Olimpiadası: Karateçimiz İrina Zaretskaya  gümüş medalla kifayətləndi - FOTOLAR (YENİLƏNİB)

Azərbaycanın daha bir idmançısı finalda büdrəyib. Karateçimiz İrina Zaretskaya Feryal Abdelazizə (Misir) 0:2 hesabı ilə uduzub.

Bununla da İrina Zaretskaya da karateçi Rafael Ağayev və sərbəst güləşçi Hacı Əliyev kimi finalda uduzaraq, gümüş medalla kifayətlənib.

***

İrina Zaretskaya Tokio Olimpiadasında finala çıxıb. O, yarımfinalda Qonq Liyə (Çin) 7:2 hesabı ilə qalib gələrək finala çıxıb.

İdmançımızın rəqibi Feryal Abdelaziz (Misir) – Sofya Berultseva (Qazaxıstan) cütünün qalibi olacaq.

11:54

İrina Zaretskaya qrupda sonuncu görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, o, türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

İrina altı xalla qrup lideri olub. O, yarımfinala çıxmaqla ən azı bürünc medalı özünə təmin edib.

10:54

İrina Zaretskaya qrupda üçüncü görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, o, Sofya Berultsovaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub.

İdmançımızın yarımfinala çıxması üçün Məltəm Hocaoğlunu (Türkiyə) məğlub etməsi lazımdır. Hazırda İrina dörd xalla qrupda ikinci yerdədir.

10:28

***

İrina Zaretskaya Olimpiadanın qrupunda ikinci qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, o, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlib.

09:46

Azərbaycan karateçisi İrina Zaretskaya Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, dünya və Avropa çempionumuz ilk görüşdə meydan sahibi Ayumi Uekusa (Yaponiya) ilə qarşılaşıb.

İrina rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol