Menu

“Bakı Metropoliteni” QSC-nin istirahət mərkəzinin otağında alışma olub

11.08.2021, 00:33
“Bakı Metropoliteni” QSC-nin istirahət mərkəzinin otağında alışma olub

“Bakı Metropoliteni” QSC-nin “Bilgəh” istirahət mərkəzində yerləşən kotteclərdən birinin otağında alışma baş verib.

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Vaxtında görülmüş tədbirlər nəticəsində hadisənin yanğına çevrilməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Məsələ ilə bağlı aidiyyatı üzrə araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol