“Tolişi Sedo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov azadlığa buraxılıb.

Bu barədə APA-ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.

S. Qocamanlı bildirib ki, H. Məmmədov qızının toyu ilə bağlı olaraq azadlığa buraxılıb: “İnsan Hüquqları üzrə Birləşmiş Qrupun dünən keçirilən iclasında biz bu məsələni müzakirə etdik və müsbət qarşılandı. Bu gün azadlığa buraxılıb. Toyda iştirak edib üç gün sonra yenidən cəzaçəkmə müəssisinə qaytarılacaq”.