“YENİ MÜHARİBƏYƏ HAZIRLIQ GEDİR...” – “Ermənistanı arxayınlaşdıran mərkəzlər var”

Dövlət sərhədində atəşkəsin tez-tez pozulması ilə bərabər Ermənistan silahlı birləşmələrinin Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına yerləşdirilməsi həyata keçirilir. İnternetdə yayılan videogörüntülərdən aydın olur ki, Laçın dəhlizi vasitəsi ilə "Kamaz", "Ural" və başqa yük maşınları ilə yüzlərlə hərbçi işğaldakı ərazilərə transfer edilir. Habelə onların silah-sursat və ərzaq təminatı da fasiləsiz olaraq bu dəhliz vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, təsdiqlənməmiş məlumatlara görə, sülhməramlıların məsuliyyət zonasında 18 minə qədər erməni silahlısı var. 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə onlar bölgəni tərk etməli olsalar da, sənədin icrasına məsul olan Moskva hələ ki, bu addımı atmağa tələsmir, nəticədə kommunikasiya yollarının açılması, sərhədlərin dəqiqləşdirilməsi, habelə regional nəqliyyat dəhlizlərinin işə düşməsi kimi razılaşmaların icrası da baş tutmur. Bütün bu məsələlər Azərbaycanın marağındadır, eyni zamanda Rusiyaya da bölgədə əlavə üstünlüklər yaradır. Amma bölgədə baş verən son hadisələr Kremlin prioritetlərinin fərqli olduğunu göstərir. 

Politoloq Elxan Şahinoğlu vəziyyəti şərh edərkən bildirirb ki, Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunur. Onun sözlərinə görə, əks təqdirdə, rəsmi İrəvan Ermənistan üçün ağır nəticələnən müharibədən sonra bizə yenə dil uzatmazdı. Onu arxayanlaşdıran mərkəzlər var. "Biz nə istəyirik? Birincisi, Rusiya hərbçiləri 4 ildən sonra Qarabağı tərk etsinlər. İkincisi, Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməni qalmasın və Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki, bununla 200 illik problemə son nöqtəni qoyaq. Bu mümkündürmü? Çətindir, ancaq hədəflərimizə çatmaq planlarımızdan və onları necə yerinə yetirməmizdən asılıdır". 

Ekspert müharibədən sonrakı dönəmi “ağıl oyunları” adlandırdığını xatırladır. Qeyd edir ki, birinci mərhələdə hərbi yolla məsələnin böyük qismini həll etdik, problemin qalan hissəsini isə hərbi-siyasi-diplomatik, o cümlədən “ağıllı layihələr”in köməyi ilə həll etməliyik: "Qarabağda ağıllı kəndlər və ağıllı qəsəbələr salırıqsa, Qarabağın tamamına nəzarəti bərpa etmək üçün niyə ağıllı layihələr üzərində düşünməyək? Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağda təxminin 100 min erməni yaşayırdı, indi bunun sayı ən azı 4 dəfə azalıb, ancaq məsələnin bizim xeyrimizə tam həlli üçün bu sayı iki-üç rəqəmliyə çevirmək lazımdır. Hələ ki, proses öz axarıyla bizim üçün müsbət istiqamətdə cərəyan edir. 

Ancaq Rusiya və dünyadakı erməni lobbisi əlindən gələni edəcək ki, Qarabağdakı ermənilərin sayı minimuma enməsin. Bunun üçün onlar Qarabağda evlər tikəcək, ermənilərə pulsuz heyvanlar paylayacaq, kiçik müəssisələr açacaq və kreditlər verəcəklər. Biz isə bunun tam tərsini etməliyik. Qarşımızda Rusiya, Ermənistan, bir qisim Qərb ölkəsi və erməni lobbisi var

Ancaq proseslər bizim ərazimizdə getdiyindən qarşı tərəfin gücündən asılı olmayaraq onların planlarını pozmaq və öz oyunumuzu diqtə etmək imkanımız var. Hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb. Başqa çeşidli problemləri də yaratmalıyıq. Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsin, işçi qüvvəsi çatışmasın, İrandan Qarabağa bizə bəlli olmayan yüklər daşınmasın və s. Bunun yolları var, sadəcə, Azərbaycanın xeyrinə işləyə biləcək təkliflərin bir mərkəzdə toplanmasına, müzakirəsinə və reallaşdırılmasına ehtiyac var".

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə "AzPolitika.info"-ya açıqlamasında xatırladıb ki, Ermənistan silahlı qüvvələri 10 mindən yuxarı bir tərkiblə hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır və 10 noyabr bəyanatının tələblərindən biri qoşunların çıxarılması olsa da, bu heç vecinə də deyil: "Hətta etibarlı mənbələrin verdiyi xəbərə görə Ermənistandan Qarabağa xeyli sayda hərbi texnika, canlı qüvvə keçib və monitorinq mərkəzi də buna razılıq verib. Bu onu sübut edir ki, adını “Qarabağ müdafiə ordusu” qoyub, bu qoşunların guya Ermənistana aid olmadığını təkrarlayan düşmənin hiyləsi keçərli deyil. 10 noyabr razılaşmasından əvvəl və sonra tutulan hərbçilərin də Ermənistan Müdafiə Nazirliyinə aid olduqları açıq məsələdir. Bizim səbrimizin genişliyinə fikir verirsinizmi? Bəlkə bizim də səbrimiz sərhədsiz olmasın?"

İ.İsmayıl bildirir ki, Qarabağ məsələsi faktiki olaraq bir o qədər də gündəmdə deyil. Onun sözlərinə görə, bunu müharibədən sonrakı 9 ay sübut edib. 

"Hiss olunur ki, sərhədlərin müəyyənləşməsi daha çox gündəmə gəlmək ərəfəsindədir. Buna da tam əmin olmaq mümkün deyil. Qazax rayonunun işğalda qalan kəndlərinin qaytarılmasını erməni parlamenti elə həyasızlıqla qarşılayır ki, sanki bu yerləri işğal etməyiblər. Bütün Ermənistan sovet sərhədlərinin əleyhinə çıxışlar edir. Baş nazir Nikol Paşinyan da sovet xəritələri əsasında sərhəd delimitasiyasını ədalətsiz hesab edir. Ümumiyyətlə, Ermənistan məğlub olsa da, sülh müqaviləsindən imtina edir, sərhədləri tanımır, Qarabağa status tələb edir və ora qoşun göndərir. Yəni, düşmən iddiasından əl çəkməyib, necə 1988-ci ildə “Miatsum” qışqırırdılarsa, indi də davam edirlər, üstəlik, yeni müharibəyə açıq hazırlıq gedir", - ekspert vurğulayıb.

İ.İsmayıl bugünlərdə mətbuatda erməni və Rusiya hərbi ekspertlərinin yayılan rəylərinə diqqət etməyi tövsiyə edir: “Uzunmüddətli ordu islahatları aparılmasının bünövrəsi qoyulur. Bura yalnız yeni növ silahların alınması deyil, həm də kadr hazırlığı, yeni idarəetmə sistemi aiddir. Ordu qarşısında hansı vəzifələr durur, ölkənin hərbi-siyasi rəhbərliyi nəyi hədəf götürür: revanş, sərhədlərin Rusiya ilə birgə qorunması və sairə". 

"Yalnız özünə inamla yox, havadarlarının köməyi və dəstəyilə özlərində cürət tapırlar. Məğlub olmaq hələ iddiadan əl çəkmək deyil. Tarix bunu dəfələrlə sübut edib. Biz arxayın ola bilmərik. Almaniya Birinci Dünya müharibəsini biabırcasına uduzdu, amma on il keçəndən sonra dirçəlməyə və revanş götürməyə hazırlaşdı. Bu hazırlığı görən Böyük Britaniya səfirliyi hələ 1934-35 ci illərdə hər gün diplomatik poçtla öz ölkəsini xəbərdar edirdi ki, bu ölkə müharibəyə hazırlaşır və sürətlə inkişaf edir. İlk illər bu xəbərdarlıqlara diqqət ayırmayanlar acı nəticələrlə üzləşdilər. Müqayisə yanlış ola bilər. Ermənistan Almaniya deyil. Doğru, amma biz də nə SSRİ, nə də Böyük Britaniya deyilik. Düşmənin bizə qarşı yönəlik bütün planlarını darmadağın etmək üçün Qarabağa nəzarətimizin tezliklə reallaşmasını həll etməliyik", - İ.İsmayıl xəbərdar edir.

Ekspert daha sonra bildirir: "Bizim səbrimizin tərəzisinin gözü bu gün ağırdır, qalib dövlətik, düşməni məhv etmişik, amma hiss edirsinizmi ki, səbrimizin çəkisi getdikcə öz ağırlığını itirir, çünki düşmən səbr etmir, hərəkət edir. Hərəkətə keçmək lazımdır ki, tərəzimizin gözü həmişə ağır gəlsin".

E. Rüstəmli

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Niyaməddin 2021-08-12 00:50:49

Türk ordusu Azərbaycana daxil olmalıdır. Yoxsa aqibətimiz pis olacaq. O şərəfsizlər müharibədən öncə, Azərbaycanda çevriliş hazırlayırlar ki, müharibədən tam qələbə ilə ayrılsınlar. Həm vətəndaş, həm də dövlət gözünü dörd açmalıdır.

Xalq 2021-08-11 19:40:21

Xankəndidə və Xocalıda anti-terror əməliyyatlarına başlamaq zamanı yetişmişdir! Qarabağın tam azad olunması hər bir vətəndaşın arzusudur!

turan 2021-08-11 18:03:55

hamımız bilirik ki həyatın mənbəyi nədir, o kəsilməlidir birdəfəlik. Onda Qarabağda nə "ayı" nə də "çaqqal" qalar.

Son yazılar