“DANIŞIQLARI BƏRPA ETMƏYƏ HAZIRIQ!...” - Paşinyandan sülh və əməkdaşlıq bəyanatları

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin son iclasında regionda sülhün bərqərar olmasının, qonşu ölkələrlə normal münasibətlərin qurulmasının, düşmənçiliyin aradan qaldırılmasının vacibliyindən və Azərbaycanla ən yüksək səviyyədə danışıqların bərpasının mümkünlüyündən danışıb.

“AzPolitika.info” xəbər verir ki, Baş nazirin erməni mətbuatında dərc olunan çıxışında Ermənistanın hansısa əraziləri zəbt etmək fikrinin olmadığı xüsusi qeyd edilib: “Bizim hansısa əraziləri zəbt etmək niyyətimiz yoxdur. Bizim məqsədimiz ərazi bütövlüyümüzü və suverenliyimizi qorumaqdır.

N.Paşinyan iddia edib ki, Ermənistanın öz ordusunu bərpa etmək istiqamətindəki addımları kiməsə qarşı təcavüz deyil, öz ərazilərini qorumaq üçün atılan addımdır. Paşinyan bundan sonra hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinin qonşu ölkələrlə münasibətlərin normallaşdırılması olduğunu bildirib: “Ermənistan hesab edir ki, uzunmüddətli sülh, təhlükəsizlik, stabillik və inkişaf üçün qonşularla normal münasibətlərin qurulması və inkişafı həlledici rol oynayır.” 

Baş nazirin çıxışının ən maraqlı məqamlarından biri isə Azərbaycanla ən yüksək səviyyədə danışıqların bərpasına hazır olduqlarını bəyan etməsidir: “İrəvan regional kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın işini bərpa etməyə hazırdır”. 

Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinə istər beynəlxalq tərəfdaşlar, ATƏT-in Minsk Qrupu, istərsə də birbaşa kontaktlar vasitəsilə qoşulmağa hazırdır. 

Baş nazirin bu açıqlaması Ermənistanın Azərbaycan rəhbərliyilə birbaşa danışıqlara hazır olması kimi yozulsa da, Paşinyanın məhz indi “sülhsevər” ritorikaya keçməsi kifayət qədər maraqlıdır. Çünki bu açıqlamada birinci növbədə yenə ATƏT-in Minsk Qrupu formatı önə çəkilir, həmçinin bu açıqlama Rusiyanın Ermənistan ordusunu dirçəltmək istiqamətində İrəvana kömək edəcəyini açıq şəkildə bəyan etməsi, İrəvanın Azərbaycanla sərhəddə, separatçı qüvvələrinsə Qarabağda aqressiv davranışlarının artması, Ermənistanın yeni müdafiə nazirinin Rusiyaya səfəri və Azərbaycana hədə-qorxu gələn sərsəm bəyanatı, eləcə də erməni silahlı qüvvələrinin Laçın dəhlizilə Qarabağa daşınmasına dair Azərbaycan tərəfinin etiraz bəyanatı fonunda baş verir. Ola bilsin ki, Ermənistan bununla bir daha guya sülhsevərliyini göstərməklə, əslində xüsusilə son günlərdə Rusiya və İranın dəstəyilə artan aqressiv davranışlarını pərdələmək istəyir. 

Ancaq hər halda, Paşinyanın bu açıqlamalarının nəyə xidmət etdiyini, nə dərəcədə ciddi olduğunu və reallıqda hansı nəticələr verəcəyini yaxın müddətdə görəcəyik.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2021-08-20 11:05:32

Hazırda Azərbaycana qarşı Rusiya tərəfindən (İran da həmçinin) təxribatlar aparılmaqdadır, belə ki, ardıcıl olaraq ermənistanın Naxçıvanı və eləcə də Kəlbəcər, Laçın, Gədəbəy və s. bölgələrimizin atəşə tutulması Rusiya tərəfindən bizəhədə-qorxudur ki, bu bizi diqqətli olmağa vadar edir...

DUZGUN, CESARETLI QERAR !!! 2021-08-12 23:13:35

DERHAL , QEFILDEN , TECILI , LACHIN DEHLIZINI TAM NEZARETE GOTURMELIDIR Azerbaycan ORDUSU , bunun uchun , prezident I. Aliyev , CESARETLI , XALQIN TELEBINE UYQUN , QERAR VERMELIDIR , SONRASI hamiya MELUMDUR , rus - ermeni qoshunlari QARABAQDA MUHASIREYE SALINACAQ Azerbaycan ORDUSU TEREFINDEN .

Niyaməddin 2021-08-12 23:01:55

Terrorçularla masaya oturulmamalıdır. Onların başı əzilməlidir.

t.ədalət 2021-08-12 15:49:25

ermənistan danışıqlara meyl etdikcə Putin regionda təxribatları artırır..

Xalq 2021-08-12 13:35:36

ermənistan Xankəndindən, Xocalıdan çıxıb Azərbaycanın BMT-də tanınmış tam ərazi bütövlüyünü tanımalıdır. Yalnız ondan sonra onunla hər hansı danışıqlar aparmaq olar.

Son yazılar