Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, oktyabrın 23-də Türkiyə ilə İraqın kürd silahlıları arasında anlaşma əldə edildiyini bəyan edib.
“200 silahlı kürd – pəşmərgə Türkiyədən keçərək Suriyanın Kobani şəhəri uğrunda terrorçu qruplaşmalarla döyüşən kürdlərə köməyə gedə biləcək”. musavat.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.
Türkiyə lideri Ərdoğan bununla bağlı Latviyanın paytaxtı Riqada, İraq-kürd qanunvericiləri oktyabrın 22-də Suriya kürdlərinə kömək göndərməklə bağlı planı bəyəndikdən sonra mətbuat konfransında çıxış edərkən deyib.


Şərhlər