XİN-in NOTASI VƏ PAŞAZADƏNİN SÜBUT TƏLƏBİ... – Şeyxülislam bu dəfə kimdən “sübut” istəyəcək?

“İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib. Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb...”

Bu cümlələr Azərbaycan XİN-in ötən gün yaydığı açıqlamadan götürülüb və uzun müddətdir İranın yük maşınlarının Ermənistana, xüsusilə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa daşıdığı müəmmalı yüklərlə bağlı Azərbaycan cəmiyyətinin, dövlətinin narahatlığının və narazılığının rəsmi şəkildə bəyan edilməsidir.

Bu isə bir müddət öncə “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrinə görə tənqidlərə məruz qalan Şeyxülislam Allahşükür Paşazadənin İranın məlum yük maşınları ilə bağlı ona ünvanlanan suala cavabıdır: “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla, görüm, bunu hardan götürmüsən.”

Yəqin ki, hörmətli şeyx artıq XİN-in son açıqlamasından xəbərdardır. Əgər xəbərdardırsa, yaxşı olar ki, indi də Azərbaycan XİN-in rəsmi mövqeyi ilə öz mövqeyini tutuşdursun. Çoxsaylı xəbərdarlıqlara, mətbuatda video və foto materialların, təkzibolunmaz faktların dərc edilməsinə, Milli Məclis də daxil olmaqla bir çox səviyyələrdə İranın yük maşınlarının separatçıların və rus sülhməramlılarının nəzarətindəki ərazilərə müxtəlif təyinatlı yüklər daşımasına etirazlar səsləndirilməsinə baxmayaraq, İran bütün bunlara məhəl qoymurdu. Nəticədə, ölkəmizin xarici işlər idarəsi bu faktlara rəsmi qaydada etiraz etməli oldu.

Bəs, görəsən cənab A.Paşazadə buna nə deyəcək? 

Qeyd edək ki, A.Paşazadə həmin açıqlamasında İranı sözügedən hərəkətlərinə görə qınayan Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmazdan, eləcə də mətbuatdan izahat, fakt tələb etmiş, məhkəməylə hədələmişdi. Bəlkə indi də yenə İranın vəkili rolunda çıxış edərək, Azərbaycanın Xarici İşlər Nazirliyindən izahat, mənbə, sübut istəsin, onu məhkəməylə hədələsin?...

Əslində, “missiyası” ondan məhz bunu tələb edir, ancaq buna cəsarəti çatarmı – bu artıq başqa söhbətin mövzusudur...

Xatırladaq ki, Prezident İlham Əliyev son müsahibələrinin birində bu mövzuya toxunaraq, demişdi:Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora? Bir də əgər kimsə hesab edirsə ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır.”

Həmin vaxt siyasətdən uzaq şəxslər də daxil olmaqla, hər kəs söhbətin İrandan getdiyini anlamışdı, yalnız Şeyxülislamdan başqa (sərf etmədiyi üçün)...

Sonda onu da qeyd edək ki, cəmi bir ay əvvəl İranın yeni seçilən Prezidenti İbrahim Rəisi İlham Əliyevə ünvanladığı məktubda onu işğal olunmuş ərazilərimizin azad edilməsi münasibətilə təbrik etmişdi və bu addım cəmiyyətimiz tərəfindən müsbət qarşılanmışdı. Yaxşı, o təbrik nə idi, Qarabağdakı separatçılara yük daşınması nədir? Axı bunların ikisi bir araya sığan davranışlar deyil və bir-birilə ziddiyyət təşkil edir. Yaxşı olar ki, A.Paşazadə Azərbaycan mətbuatından və Türkiyə rəsmilərindən izahat, sübut tələb etməkdənsə, İrandakı itaət və sitayiş yeri hesab etdiyi ağalardan bu ziddiyyətin səbəbini soruşsun...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2021-08-14 14:40:51

Cənab Paşazadə, sən niyə dördəlli yapışmısan kreslodan, şıx get dincəl də, yaşın 70-i keçib, səni nədir o postda saxlayan, yəni məşədi İbadda deyildiyi kimi, sən pula əyilən deyilsən, çox olanda tapşırırsan cavan uşaqlar kisəni götürür...

Vətənoğu 2021-08-14 00:24:20

Fotodakı iran maşını üzərinə vurulan yazıya baxın e - Nəmnəfəs, yəni ki iranlılar ermənilərlə həmnəfəsdirlər, nəfəsləri eyni anda gedib gəlir. Ay nəfəsiniz elə bir yerdə kəsilsin

TARIX 2021-08-13 14:22:58

HƏVƏSDİ BƏSDİR.GET İSTİRAHƏTƏ.

İnsan 2021-08-13 13:35:55

Ağılı ilə düşünə bilməyənlər, gözü ilə düşünər!

esger 2021-08-13 10:22:13

Konstitusiyamıza görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. Əli qanuna əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır.

Kamil 2021-08-12 23:45:12

KQB general - polkovniki A.Paşazadə , senin barende, DOSYE PAPKA - QOVLUQ - DELO nr. -- , Moskvada KQB ARXIVINDE SAXLANILIR . Iran KESHFIYYATI ARXIVINDE , A.Paşazadə , senin barende DOSYE QOVLUQU ( papka ) VARDIR , bunu yaxshi bilirsen .......... , VICDAN sozunun menasini OYREN .

Niyaməddin 2021-08-12 23:26:40

İran ikiüzlü, münafiq, vicdansız, alçaq, qəddar və şərəfsiz bir yol tutub. Heç şübhəsiz ki, bu ona baha başa gələcək. Naşükür ə gəldikdə isə, o, Azərbaycan xalqından və Türkiyədən üzr istəməli, ərizəsini yazıb dərhal rədd olmalıdır!!!

adam 2021-08-12 22:53:41

kiril alifba yazilari ...

t.ədalət 2021-08-12 21:38:25

Paşazadə və İran mollaları Aşuradan istifadə edib Türkiyəni küsdürmək üçün məscidlərdə mərsiyələri səsgücləndiricilərlə oxuyurlar.Demək istəyirlər ki,guya,Azərbaycan şiə ölkəsidir.Halbu ki biz məscidlərdə ermənilərə,onlara dəstək olan farslara lənət oxumalıyıq.Həzrəti Hüseynin sünni-şiəyə nə dəxli var?Peyğəmbər özündən sonra Quran və Əhli-Beyti müsəlmanlar üçün əmanət qoyub gedib.Odur ki,Həzrəti Hüseyni farsların türklərin əleyhinə təbliğat obyektinə çevirməsinə yol verməməliyik.Biz,şiə yox,müsəlman ölkəsi olduğumuzu bildirməliyik.

Es 2021-08-12 21:37:21

Eskiy adamdi mollamiz) Sûpûrqe fasondu

Xalq 2021-08-12 20:46:01

məncə A.Paşazadə istefa verməlidir! Çünki o rusiya və iran maraqlarına xidmət edir!

Roma 2021-08-12 19:51:29

Axı İrandan Qarabağa hər hansı bir, yəni istənilən nəqliyyat vasitəsinin keçməsi məqbul edilməzdir...

Müəllim 2021-08-12 19:48:57

Allah böyükdür Azərbaycan xalqinı vicdanı susmuşlardan qorusun

Vetendash 2021-08-12 19:04:43

Azerbaycan xalqini yeyib talayan adamnan ne gozleyirsiz? 1 nomreli xalqin dushmenidi. Avropada shirketleri var gadin sherikleri ile

Son yazılar